Kriminal
Bakının mərkəzində məşhur mağaza belə qarət edildi - REAL VİDEO
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin Fəvvarələr Meydanında yerləşən filialı ötən gün qarət olunub.
Publika.az xəbər verir ki, bu barədə mağazanın təsisçisi Nigar Köçərli məlumat yayıb. O qeyd edib ki, hadisə ötən gün axşam saat 9 radələrində qeydə alınıb:
“Mağazaya 3 nəfər daxil olub. Onlardan biri suallarla satıcıların başını qatıb, digər iki nəfər isə işçilərə aid otağa daxil olaraq onların telefon və digər əşyalarını oğurlayıb. Mənzili və ya ofisi qarət olunanlar bizim nələr yaşadığımızı yaxşı anlayar. Xüsusən də, bu hadisənin Bakının mərkəzində baş verməsi çox təssüf doğurur”.
N. Köçərli əlavə edib ki, təsisçisi olduğu mağazalar şəbəkəsində daha əvvəl də oğurluq halları baş verib. Mağazanın Gənc Tamaşaçılar Teatrının yaxınlığında yerləşən şöbəsi eyni dəstə tərəfindən dəfələrlə qarət olunub. Onun iddiasına görə, polis bölməsində təqsirləndirilən şəxslərlə söhbət aparılıb, daha sonra onlar azadlığa buraxılıblar: “Oğurluq hadisəsi ilə bağlı polisə dərhal məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları şəhərin mərkəzində uzun müddət fəaliyyət göstərən bu quldur dəstəsini yaxşı tanıdıqlarını bildirdilər”.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin223:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin121:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region21:12İranın neft naziri istefa verdi
-
Qoroskop20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"




































.jpg)