Kriminal
Bakıda şok cinayət - Bankomatdan 49 min manat oğurladı
Bakıda bankomatlardan 60 min manatdan çox pul oğurlanıb.
Publika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda banklardan birinə məxsus bankomatın saxlanc yerini qıraraq orada olan 15 457 manat pulu oğurlamaq istəyən şəxs saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Coşqun Həsənov cinayət başındaca tutularaq istintaqa təqdim olunub.
Araşdırma zamanı bu şəxsin cari ilin fevral ayında paytaxtın Nərimanov rayonu Təbriz küçəsindəki bankomatlardan birindən 48 840 manat pul oğurladığı da müəyyən edilib.
"C.Həsənovun paytaxt, eləcə də Abşeron rayonu ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Faktla saxlanılan şəxs barəsində Yasamal Rayon Polis İdarəsində İstintaq Şöbəsində araşdırmalar davam etdirilir", - Mətbuat xidmətindən bildirilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)



























.jpg)
.jpg)
