Kriminal
Bakıda silahlı insident - BİNAYA ATƏŞ AÇIB QAÇDILAR
Bakıda ustanın maşını düzgün düzəltmədiyini deyən şəxs onun evinə atəş açıb.
Hadisə aprelin 11-i gecə saat 12 radələrində Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının həyətində baş verib.
Belə ki, həmin binada yaşayan Ağdam rayon sakini İxtiyar adlı usta Binəqədi rayon sakini Etibar Əlizadənin avtomobilini təmir edib. Dünən E. Əlizadə maşını düzgün düzəltmədiyini deyərək ustanın arxasınca yaşadığı əraziyə gəlib. Orada onun qarşısına İxtiyarın qardaşının xanımı çıxıb. E. Əlizadə qadının üzərinə gedərək İxtiyarın maşını düzəltməsini tələb edib və onların evinə tərəf atəş açıb.
Əvvəllər də məhkum olunmuş E. Əlizadə hadisə yerinə qardaşına məxsus “Chevrolet” markalı avtomobillə gəlib. Hadisə yerindən uzaqlaşdıqdan sonra idarəetməni itirərək qəza törədib. E.Əlizadə polis əməkdaşları tərəfindən saxlanılıb və üzərində atəş açdığı tapança və 7 patron aşkar edilərək götürülüb.
Qeyd edək ki, sözügedən binada bir çox məcburi köçkün dövlət tərəfindən məskunlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)
-
Avropa08:12Avropada poliqonunda partlayış - Çox sada yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi




































.jpg)


