Kriminal
Bakıda parkda məktəbliyə qarşı cinayət - Ağır cəza aldı
Bakı şəhər Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən Veteran parkında yetkinlik yaşına çatmayan oğlana qarşı quldurluq əməli törətmiş Şamaxı rayon Mərzəndiyyə kənd sakini, 1995-ci il təvəllüdlü Etibar Ağayev barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə açılmış iş üzrə təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İstintaq zamanı məlum olub ki, ötən il oktyabrın 27-də saat 20:30 radələrində Etibar parkda istirahət edən 5 nəfər yeniyetməyə yaxınlaşaraq kontur istəyib. Bu zaman uşaqlardan 3-ü oradan uzaqlaşıb. Etibar Əli adlı məktəblini küncə dirəyərək telefonunu tələb edib. Yaxınlaşan şəxsin əlində bıçaq olmasından qorxan yeniyetmə “Samsung A50” markalı telefonunu ona verib. Daha sonra Etibar Əlinin başındakı kepkasını da götürüb öz başına qoyub və qaçaraq uzaqlaşıb.
Məhkəmə prosesində quldurluq əməli tam sübuta yetirilib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


