Kriminal
İsmayıllıda əməliyyat: saxlanılanlar var - FOTO
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir sıra əməliyyat tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini Elman Dadaşov saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman tərəvəz məhsullarının yetişdirildiyi istixanadan aqrotexniki qulluq göstərilmiş 11 ədəd çətənə kolu, eləcə də sellofan torbada qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Keçirilən digər əməliyyat tədbirləri nəticəsində isə rayon sakinləri Cavanşir Süleymanov və Vüsal Heydərov saxlanılıb. V.Heydərovun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən narkotik tərkibli çətənə bitkisi və 283 qram qurudulmuş marixuana, C.Süleymanovun həyətyanı sahəsindən 3 ədəd əkilib-becərilməsi qadağan edilmiş çətənə kolu qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)



























.jpg)
.jpg)
