Kriminal
Yaxın qohumunu girov götürüb yarım milyon dollar tələb etdi - BAKIDA
Vətəndaşı qanunsuz azadlıqdan məhrum edib əmlak tələb etmiş şəxslər barəsində cinayət işinin istintaqı tamamlanıb.
Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Baş prokurorluğun İstintaq İdarəsində aparılmış istintaqla müəyyən edilib ki, Hüseynov Rafiq Əli oğlu tanışı Mehdiyev Anar Kamil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı Seyidov Mirəkbər Heydər oğlundan hədə-qorxu yolu ilə əmlak tələb etmək məqsədilə sonuncunun övladı Mirhəsən Seyidovu iradəsinə zidd olaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib.
Daha sonra Rafiq Hüseynov dayısı Mirəkbər Seyidovun əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Mirhəsən Seyidovun əlləri və ayaqları bağlı fotoşəklini Mirəkbər Seyidovun mobil telefon nömrəsinə göndərib, həmin dövrün məzənnəsi ilə 850.000 manata bərabər 500.000 ABŞ dolları məbləğində pul tələb ediblər.
Buna görə də, Hüseynov Rafiq Əli oğlu və Mehdiyev Anar Kamil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) və 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələrilə ittiham elan edilmiş və barələrində məhkəminin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
16.08.2021-ci il tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Köşə11:3853 yaşda süni mayalanmanın acı sonu: Qadınlar niyə tək qocalmaqdan qorxur?
-
Sosial10:51Şeyx bayramla bağlı fətva verdi
-
İdman10:48"Pafos"la anlaşan Azərbaycanlı futbolçu "Neftçi"yə jest etdi - NƏ QƏDƏR QAZANACAQ?
-
Dünya10:06Qalibaf ABŞ və İsraili qorxutdu: Onları oyandırdınız, fırtına olacaq
-
ABŞ09:36İstefaya gedən Kent sirləri açır: İsraillə ABŞ-ın kəşfiyyat məlumatları üst-üstə düşmür
-
Region08:24İranda yeni təyinatlar: Laricaninin və Xətibin yerinə onlar gətirildi - Foto
-
Sağlamlıq07:3520 yaşlı tələbə təhlükəli xəstəliyi soyuqdəymə zənn etdi, hər iki ayağını itirdi - Foto
-
Magazin203:44"Oscar" mərasiminə qatılmaq əvəzinə Ukraynaya gedən Şon Pennin fotoları yayıldı






































.jpg)