Kriminal
Prokuror: “Siz bütün sərhədləri aşaraq başçının səlahiyyətlərini mənimsəmisiniz”
Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Şəhərsalma və Arxitektura Komitəsinin hüquqi nümayəndəsi Rüfət Muradov məhkəməyə bildirib ki, cinayət işi materiallarında təqsirləndirilən şəxsin imzaladığı sərəncam yer alır. (Bakının D.Əliyeva küçəsində arxitekturalı binanın sökülməsinə və yerində yeni çoxmərtəbəli binanın inşasına icazə verən sərəncam, - red.)
“Həmin bina 1893-ci ilə aiddir. Bu tarixi memarlıq abidəsi sökülərək yerində yeni bina inşa olunub. Tikinti zamanı ara məsafələr pozulub, tikinti normalarına riayət olunmayıb, hüquqi normalar pozulub", - zərərçəkmiş tərəfin nümayəndəsi deyib.
Daha sonra Rasim Quliyevə suallar veriblər. Keçmiş Aparat rəhbəri bir daha israr edib ki, bu binanın sökülməsində onun günahı yoxdur, çünki D.Əliyeva küçəsindəki həmin ünvanda 2015-ci ildən tikinti-söküntü işləri başlamışdı. Tikinti işlərinin aparılması üçün isə 2017-ci ildə onun şəhər başçısının müavininin səlahiyyətlərini icra edən şəxs qismində imzaladığı sərəncama ehtiyac olmayıb: "Həmin sərəncamı o vaxt Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan Memarlıq və Şəhərsalma Baş İdarəsi hazırlayırdı. Dilarə Əliyeva küçəsi, 141-də mənim sərəncamımdan əvvəl dörd mərtəbə inşa olunmuşdu. Mənim imzaladığım sərəncamımdan sonra isə beşinci mərtəbədə müəyyən işlər aparılıb."
R. Quliyev məhkəməyə o vaxt mədəniyyət naziri olan Əbülfəz Qarayev tərəfindən baş nazirin müavini vəzifəsini tutan Hacıbala Abutalıbova həmin tarixi əhəmiyyətli bina ilə bağlı məktub göndərdiyini də deyib. “Məktubda yazılıb ki, Dilarə Əliyeva küçəsi 141 və 145 saylı binalar tarixi əhəmiyyətinə görə dövlət nəzarətinə götürülüb. Amma "Qış parkı"nda aparılan tikinti zamanı deformasiyaya uğrayıb, çatlar əmələ gəlib, yararsız vəziyyətə düşüb. Mənə həm də 308.2-ci maddə ittiham verilib. Bu ittiham yalnız vəzifə səlahiyyəti olan şəxslər tərəfindən törədilə bilər. Rəsmi məktublardan da görünür ki, mən səlahiyyətli şəxs olmamışam"- R.Quliyev əlavə edib.
Prokuror Eldar Həmzəyev isə Rasim Quliyevi ona qarşı irəli sürülən ittiham üzrə danışmağa çağırıb. Dövlət ittihamçısı deyib: “Bakı şəhər İcra Hakimiyyəti başçısının vəzifələrini mənimsəyib sərəncam imzalamısız. Siz bütün sərhədləri aşaraq özünüzü icra başçısının səlahiyyətlərini icra edən şəxs kimi aparmısınız. Gah Aparat rəhbəri, gah müavin, gah da icra başçısının sələhiyyətlərini icra etmisiz. İttiham budur".
Hakim isə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsindən bu məsələ ilə bağlı bütün rəsmi sənədlərin növbəti günlərdə məhkəməyə təqdim etməsini istəyib.
Məhkəmə prosesi sentyabrın 20 -də davam edəcək.
Xatırladaq ki, R.Quliyev Bakının D.Əliyeva küçəsində tarixi binanın sökülməsinə, yerində “FF-2011” şirkəti tərəfindən çoxmərtəbəli binaların tikintisinə icazə verilməsinə dair qanunsuz sərəncam verməkdə günahlandırılır. O, uzun müddət Hacıbala Abutalıbovla işləyib və “sağ əli” hesab olunub...
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar