Kriminal
"OBA"nın administratoruna cinayət işi açıldı
“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “OBA Market” MMC-nin Satış Əməliyyatları Şöbəsinin “OBA” marketlər şəbəkəsinin Lənkəran filialında mənimsəmə faktı ilə bağlı daxil olmuş müraciət əsasında araşdırma aparılıb.
Lənkəran rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, həmin filialda satıcı-kassir, əmək müqaviləsinə əlavə ilə administrator vəzifəsində işləmiş Elxan Cəfərzadə 28.03.2017-ci il tarixdən 21.05.2018-ci il tarixdədək olan müddətdə cəmiyyətə məxsus qeyri-qida məhsullarını kassadan kənar şəkildə müxtəlif şəxslərə və ticarət obyektlərinə sataraq əldə etdiyi 73 min 907 manat məbləğində pul vəsaitini xəzinəyə ödəməyərək özünün şəxsi ehtiyacları üçün sərf edib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
-
Magazin221:36Ancelina Coli Ukraynanın bu şəhərində qəlyanaltı etdi
-
Magazin221:2435 il saxlanılan sirr - Məşhur müğənnin külü hara səpilib?
-
İqtisadi gündəm20:48Qızıl kəskin ucuzlaşdı
-
Magazin120:36Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı - VİDEO
-
Sosial20:24Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır
-
Sosial19:48Bağçada yayılan iddialar haqda AÇIQLAMA
-
Dünya19:12Görünməmiş qar yağışı güclü teleskopları iflic etdi
-
Səhiyyə18:24Anar Bayramov bu xanıma yüksək vəzifə verdi



















.jpg)




.jpg)










