Kriminal
Dövlətdən aldığı mülkü fahişəxanaya çevirdi: AZƏRBAYCANDA ŞOK HADİSƏ - TƏFƏRRÜAT
Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada işlətdiyi obyektdə qadınları fahişəliyə cəlb edən və onların müxtəlif şəxslərlə pul qarşılığında intim münasimətdə olmasını təşkil edən qadın iş adamı haqqında açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə 1963-cü il təvəllüdlü, ali təhsilli Züleyxa Orucova (ad şərtidir) barəsində Cinayət Məcəlləsinin 144 (insan alveri), 243 (fahişəliyə cəlb etmə), 244-cü(əxlaqsız yuvası saxlama) maddələri ilə açılmış iş üzrə məhkəmə prosesində bir çox iddialar səslənidirilib.
Təqsirləndirilən iş adamı, obyektin sahibi Z.Orucova ona şər atıldığını, polisə pul vermədiyi üçün ona tələ qurulduğunu bildirib. O, ifadə verərkən özünü təqsirli bilməyərək deyib ki, bəzi qüvvələr ona qəsdən cinayət işi açdırıblar:
“Əvvəllər Quba rayon Nəqliyyat Müəssisində işləmişəm, sonda həmin idarə Səhmdar Cəmiyyət oldu. 2003-cü ildə bölgü olduğu üçün həmin dövrdə olan müdriyyət tərəfindən Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən və hazırda “Tamerlan” kafesi adı altında işlətdiyim obyekt mənə 99 illik müqavilə əsasında verilib. Sonralar yeni müdiyyət gəldi və həmin obyekti mənim əlimdən almaq üçün müxtəlif cəhdlər etdilər və məni şərləyərək həbs etdirdilər. Hazırki iş üzrə də mənim Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs olunmağım həmin obyektin əlimdən alınması üçün qurulmuş işdir. 22 fevral 2019-cu il tarixə keçən gecə Özbəkistan vətəndaşı olan Maftunahon mənim kafemdə işləyən Gulchehra adlı qızın yanına gəlmişdi. 23 fevral 2019-cu il tarixdə o, kafeyə gələndə Maftunahonı orada görüb kim olduğunu soruşdüm, Gulchehra da həmin qızın onun rəfiqəsi olduğunu və Bakı şəhərində sevgilisi tərəfindən döyüldüyü üçün onun yanına gəlməsini bildirdi. Mən əvvəlcə Maftunahonın kafedə qalmasına etiraz etdim, lakin Gulchehra bildirdi ki, Maftunahon kafedə 1 gün qalıb gedəcək. Mən heç vaxt Maftunahonu cinsi istismara məruz qoymamışam. 24 fevral 2019-cu il tarixdə gecə saatlarında Elmar adlı şəxs gələrək Maftunahonu mənim tərəfimdən kafedə saxlamasını bildirdi. Mən Elmara kafedən çıxıb getməsini bildirəndən sonra Quba rayon polis şöbəsinin əməkdaşları kafeyə gələrək guya mənim Maftunahonu orada girov kimi saxlamağımı bildirib, bizi polis şöbəsinə apardılır. Quba rayon polis şöbəsində məni və oğlumu ayrı otaqlara salıb döydülülər və bildirdilər ki, guya oğlum polis əməkdaşının paqonunu çırıb. Quba rayon polis şöəsinin əməkdaşları tərəfindən kafedə işləyən Fərqanə və Ülviyyə Qəçrəş kəndikdə “Su Səsi” otelində 5 gün saxlanılıb və həmin qızları polislər döyərək deyiblər ki, “siz, Züleyxaya qarşı yalan ifadələr verin, biz də ondan 40.000 manat pul alacayıq, həmin puldan da sizə 10.000 manat verəcəyik”. Bu barədə Fərqanə və Ülviyyə telefonda mənə bildirdilər və dedilər ki, polislər onlara müxtəlif təzyiqlər edərək mənə qarşı ifadələr verməyə məcbur edirlər. Ülviyyə ilə bu mövzuda olan danışığı telefona qeyd edib yazmışam. Mən nə Fərqanəni, nə də Maftunahonu cinsi istismara məruz qoymamışam. Maftunahonun qaldığı otağın açarı işçilərin hamısında olub. Mən heç bir zaman kafedə əxlaqsızlığa yol verməmişəm. Maftunahon yalan ifadə verib, mənə qarşı ifadə verən qadınlar hamısı mənə şər atıblar”.
Məhkəmədə ifadə verən qadınlar kafenin arxa hissəsində masaj otağının olduğunu və kafe sahibi Züleyxanın təşkilatçılığı ilə orada müştəriləri 10 manat qarşılığında masaj etdiklərini, həmçinin 30-40 manat qarşılığında cinsi əlaqədə olduqlarını bildiriblər. Bu xidmətlərdən əldə edilən pulun yarısı kafe sahibinə, yarısı da oradakı qadınlara verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs edilib.
Muxtar
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
MDB11 Sentyabr 23:55Bu ölkə dünya xəritəsindən silinəcək - Medvedyev
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya11 Sentyabr 14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm












.jpg)





.jpg)













.png)




