Azərbaycanda şirkətdə 22 yaşlı oğlanın qətlinin ŞOK SƏBƏBİ – 2 kilo kartofa görə...
Bizi izləyin

Kriminal

Azərbaycanda şirkətdə 22 yaşlı oğlanın qətlinin ŞOK SƏBƏBİ – 2 kilo kartofa görə...

Dekabrın 9-da Gəncə Ağır Cinayətlər Məhkəməsində Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən aqroparkda qətl törətməkdə təqsirləndirilən Nəsimi İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Publika.az xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bildirilib ki, bu il avqustun 13-ü saat 19 radələrində Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Novruz Mansurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, rayonun İkinci Şıxlı kəndində yerləşən “İnvestel Group” MMC-də mühafizəçi işləyən 2000-ci il təvəllüdlü N.İsmayılov onunla eyni yerdə fəhlə işləyən Novruz Mansurov ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə bir dəfə xəsarət yetirərək qəsdən öldürüb.

İstintaqla müəyyən edilib ki, aqroparkda 11 avqust 2021-ci il tarixdə saat 21 radələrində işdən çıxan zaman N.Mansurovun özü ilə gətirdiyi çantaya iki kilo kartof yığıb apararkən həmin MMC-nin mühafizə rəisi inzibati binanın qarşısında keçirdiyi yoxlanış zamanı bunu aşkar edib və Novruzun əlindən kartofu alıb anbara təhvil verib. Bundan sonra - 13 avqust 2021-ci il tarixdə, saat 18 radələrində MMC-nin Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən kartof sahəsinin 24-cü ləki ilə həmsərhəddə yerləşən 1-ci ləkində mühafizəçi kimi vəzifəsinin icrasına başlayarkən Nəsimi İsmayılov ondan təxminən 100 metr aralı məsafədə oturub istirahət edən fəhlələri görüb kartof oğurluğunun qarşısını almaq məqsədi ilə işdən çıxan zaman bütün fəhlələri yoxlayacağına dair xəbərdarlıq edib. Bunu eşidən Novruz Mansurov onun bu sözlərindən xoşlanmayaraq cavab qaytarıb üzərinə gəlib. Onların arasında əvvəlcə sözlü mübahisə yaranıb. Daha sonra şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı münaqişə baş verib. Mühafizəçi üzərində saxladığı turist bıçağı ilə Novruz Mansurovun bədəninə bir dəfə zərbə vuraraq onun ürək nahiyəsinə xəsarət yetirib. Daxilə nüfuz edən bıçaq ürəyin zirvəsinin və sol ağciyərin aşağı payının zədələnməsinə və daxili qanitirməyə səbəb olub.

Hadisə yerindən qaçan 21 yaşlı Nəsimi daha sonra polisə zəng edərək yerini bildirib.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm