Kriminal
SON DƏQİQƏ: Polis genişmiqyaslı əməliyyat keçirdi, saxlanılanlar var
Polis partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin Bakı ərazisində topdansatışının qarşısının alınması istiqamətində ölkəboyu daha bir genişmiqyaslı əməliyyat keçirib.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, bir qrup şəxsin külli miqdarda pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirərək “Sədərək” Ticarət mərkəzində və digər ərazilərdə gizli şəkildə topdansatışını təşkil etmələri barədə daxili işlər orqanlarına əməliyyat məlumatı daxil olub. Həmin şəxslərin əhatə dairəsi və əlaqələri qısa zamanda dəqiqləşdirilib. Paytaxtın Xəzər, Qaradağ, eləcə də Ağstafa və Qazax rayonlarında həyata keçirilən əməliyyatlar zamanı mütəşəkkil dəstənin başçısı Elçin Kazımov, üzvləri Şəmməd Şəmmədov, Anar Süleymanov və pirotexniki vasitələrin satışını təşkil edən Camal Əliyevlə qardaşı Cavad saxlanılıblar. Bu şəxslərin ticarət mərkəzində yerləşən obyektlərinə, avtomobillərinə, həmçinin Ağstafa və Xəzər rayonunda yerləşən anbar kimi istifadə etdikləri saxlanc yerlərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirdikləri külli miqdarda pirotexniki vasitələr aşkar edilib.
"Qeyd edək ki, dəstə üzvləri paytaxt və ölkə ərazisinə bu maddələrin paylanılmasını, həmçinin satışını təşkil edən əsas şəxslər olublar. Onlar ifadələrində pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirərək satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir. Saxlanılan şəxslərdən aşkar olunan pirotexniki vasitələrin qara bazarda satış qiyməti 150 min manatdan artıq olub.
Xatırladaq ki, tezalışan maddələr və pirotexniki vasitələrdən istifadə bayram əhval-ruhiyyəsinin, rahatlığının pozulması ilə nəticələnməklə yanaşı, insanların sağlamlığına və ətraf mühitə qarşı da ciddi təhlükədir. Xüsusən də uşaqların əyləncə məqsədi ilə istifadə etdikləri bu vasitələr onlarda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına, müxtəlif dərəcəli yanıqlara yol aça bilər", - nazirlikdən bildirilib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





