Məşhur iş adamının kürəkəni ilə bağlı yeni qərar
Bizi izləyin

Kriminal

Məşhur iş adamının kürəkəni ilə bağlı yeni qərar

Novxanıda 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Publika.az">Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Elşad Kəlbəliyevin cəzasından 1 il çıxılıb.

Qeyd edək ki, Elşad Kəlbəliyev 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə ə 9 il müddətinə azadlıqdan məhrum olunub.

İttihama görə, ötən il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub.

Nəticədə Murad Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, Elşad Kəlbəliyevə və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.

Daha sonra Elşad Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.

İstintaq araşdırması zamanı Elşad Kəlbəliyevin barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşad Kəlbəliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 14 iyun 2021-ci ildə dostları ilə Sumqayıt şəhərində yemək yedikdən sonra gecə saat 12 radələrində oğlu Amin ona zəng edib və hərarətinin qalxdığını deyib: “Oğluma evə gələcəyimi bildirdim. Maşınla Novxanı yolu istiqamətində hərəkət edərkən oğlum yenidən zəng etdi, özünü pis hiss etdiyini söylədi. Həmin vaxt avtomaşınla 70-80 km/saat sürətlə hərəkət etdim.

Novxanı istiqamətində yolun döngəli hissəsinin yaxınlığında 5-6 cavan oğlanın çimərlik paltarında yolun sağ kənarında hərəkətsiz dayandıqlarını gördüm. Onların təhlükə yaratmayacaqlarına əmin olduğumdan, sürəti azaltmadan yoluma davam etdim. Piyadalara 20-30 metr qalmış qəflətən onlar qaçaraq avtomaşının hərəkəti istiqamətində sağdan sola keçməyə başladılar. Piyadaları vuracağımı gördüm, dərhal iti sürətlə sükanı sola burdum, avtomaşını əks hərəkət yoluna çıxarmaqla piyadaları vurmaqdan yayındım.

Lakin bu zaman idarə etdiyim avtomaşın qarşıdan gələn “Deawo Damas” markalı avtomobillə toqquşdu. Nəticədə ölüm hadisəsi baş verdi. Özüm də toqquşma nəticəsində ciddi xəsarətlər aldım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən sonra bir müddət özündə olmayıb.

Məhkəmədə mərhum Kamran Əhmədovun atası bildirib ki, oğlu Kamran müharibəyə könüllü gedib və döyüşlərdə fəal iştirak edib: “Hərbi xidmətdən qayıtdıqdan sonra polis sıralarına qəbul olunmasından ötrü sənədlərini vermişdi. İdmançı idi. Hər bir işdə mənə köməklik göstərdi.

Sonuncu dəfə oğlumu 12 iyun 2021-ci ildə evdə gördüm. İyunun 14-də Kamran dostu Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillə Novxanı yolunda hərəkətdə olarkən təqsirləndirilən şəxsin idarə etdiyi “Land Rover” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində oğlum da daxil olmaqla avtomobilin sürücüsü və daha iki sərnişin ölüb”.

Elşad Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir.

O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm