Kriminal
Təcavüzə uğrayan azyaşlı qızın babası: "Oğlum dünyasını dəyişəndən sonra..." - FOTO
Bərdə rayonunun Kətəlparaq kəndində yaşanan dəhşətli hadisə sözün həqiqi mənasında şok effekti yaradıb.
Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, günlərdir sosial şəbəkələrdə və media orqanlarında 15 yaşlı qızın təcavüzə uğraması ilə bağlı müxtəlif xəbərlər dolaşır. Suallarımızı azyaşlı qızın babası Seyfi İbrahimov cavablandırdı.
Seyfi kişi deyir ki, nəvəsi oğlundan qalan əmanətidir. Eldar adlı oğlu dünyasını dəyişəndən sonra onun üç qız övladını məhz Seyfi İbrahimov böyüdüb. Düzdür, gəlinləri öz atası evində yaşasa da nəvələri daima baba evinə gəlib, aylarla hətta illərlə qalıb.
Öyrəndik ki, bu çirkin əməldə günahlandırılan şəxslər Seyfi kişinin gəlininin qohumlarıdır. Tükürpədici hadisə də azyaşlı qız hazırlıqdan gələn zaman baş verib.
Sözügedən çirkin əməl bilinəndən sonra qarşı tərəf, yəni, cinayətdə təqsirli bilinən şəxslərin yaxınları bu ailəyə qarşı şiddət belə göstərməyə çalışıblar.
Seyfi İbrahimov özünün və həyat yoldaşının aldığı bədən xəsarətlərini göstərib.
Ən böyük istəkləri iyrənc əməli törədənlərin qanun çərçivəsində cəzalandırılmasıdır. Çox cəhd etsək də 15 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən şəxslərin yaxınlarının fikirkərini öyrənə bilmədik. Daha doğrusu danışmaq istəmədilər.
Artıq fakt hüquq mühafizə orqanı əməkdaşlarının nəzarətinə götürülüb. Hər halda yaşananlar utancverici olduğu qədər də ağırdır. Sözsüz ki hadisənin tam təfərrüatları aparılacaq istintaq tədbirlərindən sonra müəyyən olunacaq.
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO


































