Kriminal
Bakıda DƏHŞƏT: atası intihar edəndə, uşaq da evdə olub - YENİLƏNDİ
Bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evlərdən birində sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq birmərtəbəli fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək evə daxil olublar.
Evdə aşkar olunmuş 1987-ci il təvəllüdlü Cuvarov Atəş Vahid oğlunun meyiti və sağ vəziyyətdə olan 2017-ci il təvəllüdlü Cuvarov M.A. aidiyyəti üzrə təhvil verilib.
xxx
21:40
Bu gün saat 20 radələrində paytaxtın Binəqədi rayon sakinləri Pərvanə İsmayılovanın xəsarət alması və Atəş Cuvarovun isə birgə yaşadıqları evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Binəqədi rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən ekspert-kriminalistin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb.
İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Atəş Cuvarovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə 1983-cü il təvəllüdlü arvadı Pərvanə İsmayılovaya xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə, daha sonra isə həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələrilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi












.jpg)




























