Kriminal
Beş qadını əxlaqsızlığa cəlb edən şəxs HƏBS OLUNDU
Nərimanov Rayon Məhkəməsində həmcinslərini fahişəliyə cəlb edən Füzuli rayon sakini, 1970-ci il təvəllüdlü T.Əliyevanın məhkəməsi keçirilib.
Publika.az xəbər verir ki, məhkəmə onu Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
İstintaq dövründə barəsində “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilmiş T.Əliyeva məhkəmə zalındaca həbs edilərək təcridxanaya göndərilib.
Araşdırmalar zamanı məlum olub ki, T.Əliyeva Sumqayıtda və paytaxt ərazisində tanış olduğu 5 qadını fahişəliyə cəlb edib və onların müxtəlif ünvanlarda kişilərlə görüşünü təşkil edərək maddi qazanc götürüb. Bir çox hallarda T.Əliyeva həmin qadınları öz avtomobili ilə hotellərə və digər ünvanlara aparıb.
Məhkəmə prosesində zərərçəkmiş şəxs qismində tanınan 5 qadın ondan şikayətçi olmadığını bildirib.
Qeyd edək ki, həbs edilən qadın daha əvvəl də bu əməllərə görə məhkəmə tərəfindən cəzalandırılıb və həmin vaxt 480 saat ictimai işlər cəzası alıb. (Yenicag.az)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)



























.jpg)
.jpg)
