Kriminal
Bakıdakı atışma haqda SENSASİYA: hadisənin gerçək səbəbi və yeni adlar bilindi - FOTO
Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı şok detallar üzə çıxıb.
Publika.az xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən mənbə Globalinfo.az-a məlumat verib.
O bildirib ki, Brilyant Nicat kimi tanınan kriminal avtoritet hücuma məruz qalıb.
Belə ki, killer Nicatı öldürmək istəyib, lakin güllələr hədəfdən yayınıb və oradakı təsadüfi adamlara dəyib. Brilyant Nicat isə ona açılan atəşdən yayına bilib. Hazırda onun hüquq mühafizə orqanlarının nəzarətində olduğu deyilir.
O da qeyd edilir ki, hadisənin baş verməsinə səbəb qan davasıdır. Belə ki, 2022-ci ilin oktyabrında Nicat İstanbulun Ataşehir qəsəbəsində “Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovun qardaşı Elnur Qasımovu Tural adlı killer vasitəsilə öldürtdürüb. Bundan sonra isə Emin qisas almaq qərarına gəlib və Nicatı aradan götürmək üçün killer tutub.
Killerlər martın 10-da sifarişi icra etmək üçün Nicatın olduğu ünvana gəliblər. Gerisi isə ictimaiyyətə məlumdur.
Məlumat üçün bildirək ki, hər iki tərəf mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin klanının üzvlərindən olub. Onların arasındakı ədavətin kökü İstanbulda “Oazis” restoranının açılışında yaşanan insidentə gedib çıxır.
Orada hər iki avtoritetin arasında narazılıq yaranıb. Onların bir-birinə silah çəkdiyi deyilir. Lakin həmin vaxt hadisə yerində olanlar insidentin böyüməsinə imkan verməyiblər.
Bundan sonra isə Nicat Eminin qardaşı Elnuru sifarişlə qətlə yetirib. Emin Naxçıvanskinin hazırda Fransada həbsdə olduğu deyilir.
Brilyant Nicatı qətlə yetirmək istəyən şəxslərin bu gün Bakı-İstanbul təyyarə reysi ilə ölkəni tərk etmək istədikləri, lakin hüquq mühafizə orqanlarının keçirdiyi operativ əməliyyatla saxlanıldıqları açıqlanıb.
Qeyd edək ki, Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub. Xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.

(Emin Qasımov)

(Brilyant Nicat)
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































