Kriminal
Daşkəsəndə ər və arvadı qətlə yetirən "Şaka"a kimdir? - TƏFƏRRÜAT/YENİLƏNDİ
Daşkəsəndə ər və arvadın qətlinin bəzi təfərrüatları məlum olub.
Publika.az xəbər verir ki, Daşkəsən rayon Mədənçilər qəsəbəsində qətlə yetirilən 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı, 1946-cı il təvəllüdlü Pəri Məmmədovanın övladları olmayıb. Hər ikisi qəsəbənin kənar hissəsində yerləşən fərdi evdə yaşayan səssiz insanlar kimi tanınıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1983-cü il təvəllüdlü Şahin Arif oğlu Ələsgərov isə rayon ərazisində "Şaka" kimi tanınıb. O, əvvəllər oğurluğa görə məhkumluq həyatı yaşayıb.
Qeyd edək ki, ər və arvad yaşadıqları evdə küt alətlə aldıqları xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam etdirilir.
xxx
19:24
Daşkəsən rayonunda ər və arvad qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Publika.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Bildirilib ki, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Mədənçilər qəsəbə sakini Şahin Ələsgərov polis əməkdaşlarının keçirdikləri isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.
xxx
18:32
Daşkəsəndə ər və arvad küt alətlə qətlə yetirilib.
Bu barədə Publika.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbəsindəki evlərdən birində 2 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar zamanı rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı 1946-cı il təvəllüdlü Pəri Məmmədovun küt alətlə qətlə yetirilmələri məlum olub.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
-
Dünya10:18Trampdan Netanyahuya: Sizi orada istəmirlər, çıxın
















.jpg)






















