Nəvəsini zorlayan Həsən babaya neçə il cəza veriləcək?
Bizi izləyin

Kriminal

Nəvəsini zorlayan Həsən babaya neçə il cəza veriləcək?

Türkiyə 2021-ci ildə 3 yaşlı Yörük qızı Müslüme Yağaldan gələn dəhşətli xəbərlə sarsılmışdı. İtkin düşən körpənin cansız bədəni düz 10 gün sonra tapılmışdı. Bu gün keçirilən məhkəmə iclasında Prokuror qatil baba üçün istənilən cəzanı açıqlayıb.

Publika.az xəbər verir ki, hadisə Türkiyənin Mərsin bölgəsində baş verib. Belə ki, 175 metr hündürlükdə Yanışlı mahalına gələn 7 uşaqlı Yağal ailəsinin 6-cı uşağı Müslüme saat 17:00 radələrində yoxa çıxıb. Sonuncu dəfə çadır qurduqları ərazidə oynayarkən görünən Müslümənin tapılması üçün araşdırma başladılıb.

Axtarışın 10-cu günündə kədərli xəbər gəlib. 3 yaşlı Müslümənin cəsədi ailəsinin çadır qurduğu yerdən 7 kilometr aralıda, Qaraağac məhəlləsində kolların arasında tapılıb. Yarılma zamanı dəqiq ölüm səbəbi müəyyən edilə bilməyən Müslümənin cənazəsi məmləkəti Karamanda torpağa tapşırılarkən, hadisə ilə bağlı əldə edilən təfərrüatlar ölkəni sarsıdıb. Müslümənin cəsədinin tapıldığı gün jandarma qrupları onun anası Selvi, atası Mehmet, babası Həsən Yağal (70), nənəsi, qardaşları və bibisi də daxil olmaqla 9 yaxınını saxlayıb.

Şübhəlilərdən baba Həsən Yağal həbs edilib, digərləri isə prokurorluq tərəfindən sərbəst buraxılıb. Hadisə ilə bağlı Silifke Respublika Prokurorluğunun apardığı araşdırmanın ardından iddia qaldırılıb. Həbsdə olan şübhəli Həsən Yağal Silifke 1-ci Ağır Cəza Məhkəməsində 7-ci dəfə hakim qarşısına çıxarılıb.

“Özünü müdafiə edə bilməyən yaxın qohumuna qarşı cinayəti gizlətmək, sübutları aradan qaldırmaq məqsədilə qəsdən öldürmə, uşağa ağırlaşdırılmış cinsi zorakılıq, ağırlaşdırılmış cinsi təcavüz, cinsi məqsədlər üçün zor tətbiq etmə, uşağı hədə-qorxu ilə və ya aldatma yolu ilə azadlığından məhrum etmə" ittihamı ilə həbs edilən Həsən Yağal məhkəməyə Audio və Video İnformasiya Sistemi (SEGBİS) vasitəsilə qoşularkən digər ailə üzvləri iştirak etməyib.

Prokuror mahiyyəti üzrə verdiyi rəydə saxlanılan Həsən Yağalın Müslüməyə qarşı “Qəsdən adam öldürmə”, “Uşaq üzərində cinsi zorakılıq hərəkətləri” və “Zor tətbiq etməklə, hədə-qorxu ilə və seksual xarakterli hiylə ilə azadlıqdan məhrum etmə” cinayətlərinə görə cəzalandırılmasını istəyib.

Bundan əlavə, Hasan Yağalın gəlini Selvi Yağala qarşı "Xüsusi cinsi təcavüz" və bu təcavüz nəticəsində gəlini tərəfindən doğulduğu müəyyən edilən A.Y-a qarşı "Uşağa qarşı cinsi istismar" ittihamı ilə cəzalandırılması istənilib.

Selvi Yağalın "cinayətkarın xeyrinə olmaq" cinayətinə görə cəzalandırılması, digər müttəhimlər, nənə və bacı-qardaşlarına bəraət hökmünün çıxarılması tələb edilib. Məhkəmə rəyə qarşı müdafiənin hazırlanması üçün iclası təxirə salıb.

Qeyd edək ki, Türkiyə Cinayət Məcəlləsinə əsasən cinsi təcavüz və ya uşaqlara qarşı cinsi təcavüz cinayəti on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan əlavə şəxsə qarşı irəli sürülmüş digər maddələrin də cəzası əlavə ediləcək.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm