Kriminal
Bakıda AİLƏ FACİƏSİ: qadın məktəb direktoru, ər isə sabiq məmur imiş... - FOTO
Xəbər verdiyimiz kimi, bu gün qətlə yetirilən Mehman Əhmədov sabiq məmurdur.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, o, 2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi vəzifəsini tutub.
Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
xxx
Bu gün Bakıda ailəsi ilə birgə qətlə yetirilən şəxs məktəb direktoru olub.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, o, Bakı şəhəri 59 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb. Məktəb Xətai rayonu ərazisində yerləşir.
Bikə Əhmədova 01.09.2002-ci ildən 2012-ci ilə qədər Xətai rayonu Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə Riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. 2012-2021-ci ilə qədər Xətai rayonu 138 nömrəli tam orta məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini tutub. 2021-ci ildən 59 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb.
2015-ci ildə məktəb direktorları və direktor müavinləri üçün məktəbin idarə edilməsi üzrə təlimlərdə iştirak edib. III və IV Qrant layihənin qalibi olub.
Qeyd edək ki, hadisə saat 16:30 radələrində paytaxtın Xətai rayonunda baş verib. 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu kəsici alətlə qətlə yetirilib. Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
-
Digər15:58Sidney terrorunda ölənlərin sayı artdı - VİDEO(YENİLƏNİB)
-
Magazin215:49"Kızılcık şerbeti"nin ulduzu yeni serialda
-
Magazin115:28Fəxrəddin Manafov onun məzarını ziyarət etdi - FOTO
-
Magazin213:19Hollivud ulduzundan maraqlı qərar: Hipnoterapevt sevgilisi ilə...
-
Magazin212:59Podolskaya ideal fiqurasını paylaşdı - FOTO
-
MDB12:38ABŞ-da rus dondurmasını sevirlər?: İdxal üç ilin ən yüksək səviyyəsinə çatdı
-
Magazin212:07Müğənni Dubaydan elə foto paylaşdı ki...
-
Hadisə11:37Ramil Səfərovun xanımına vəzifə verildi


























.jpg)











