Kriminal
Qandondurucu olay: Keçmiş nazirin oğlu nənəsini gülləyərək öldürdü - FOTO
Türkiyədə sabiq nazir Abdüllatif Şener dəhşətli hadisə ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, keçmiş nazirin oğlu Bedirhan Şenerin ana nənəsini girov götürdüyü, daha sonra da onu güllələyərək öldürdüyü barədə xəbərlər yayılıb.
Məlum olub ki, Ankaranın Ayrancı məhəlləsində yaşadıqları evdə nənəsi Leyla Çetiner ilə mübahisə edən Bedirhan Şener onu silahla girov götürüb. Abdüllatif Şener dərhal polis çağırıb. Hadisə yerinə polis və xüsusi xilasetmə qrupları gəlsə də Bedirhan Şener nənəsini tapança ilə vuraraq öldürüb. Onun 4 dəfə atəş açdığı bildirilir.
Polis tərəfindən saxlanılaraq həbs olunan Bedirhanın psixoloji problemləri olduğu üzə çıxıb. Keçmiş nazir də polisə oğlunun qarşısındakı şəxsin nənəsi olduğunu bilmədiyini deyib.
Qeyd edək ki, Abdüllatif Şener 2001-ci ildə qurulan hakim Ədalət və İnkişaf Partiyasının qurucularından olub. 2002-ci ildə Türkiyədə keçirilən parlament seçkilərində Sivas millət vəkili seçilib. 2002-2007-ci illərdə maliyyə naziri və baş nazirin müavini vəzifələrində çalışıb.
-
Nida Xəbər 12:24Əməkdar jurnalistə vəzifə verildi
-
Sosial12:09Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
-
Nida Xəbər 11:09Azərbaycanın rəsmi nümayəndə heyəti Ermənistanda - FOTO
-
ABŞ10:30“Anam ona aşiq idi” – Trampın krala dediyi sözlər qalmaqal yaratdı
-
Sağlamlıq08:24Məşhur ədviyyatın elə bir faydası üzə çıxdı ki...
-
Magazin207:30"Arka sokaklar" mövsüm finalına hazırlaşır
-
İdman06:46Flik onun “Barselona”da qalmasını istəyir, amma…
-
Magazin204:44Məşhur aktrisa 12 illik evliliyinə son qoydu - FOTO






.jpg)










.jpg)





















