Kriminal
21-ci əsrdə film kimi olay: İnsanları oğurlayıb qul kimi işlədirmiş
Rostov vilayətində insanların köləlik şəraitində saxlandığı ferma bağlanıb. İnsanlar döyülərək “qul sahibinə” - Racaya baş əyməyə məcbur edilirmişlər.
Publika.az "Shot" Telegram kanalına istinadən xəbər verir ki, hazırda 18 quldan altısı azad edilib.
Məsələnin üstü onlardan birinin - Antonun köməyi ilə açılıb. Anton hansısa yolla telefon əldə edib və tez qardaşına zəng edib. O, başına gələnləri belə nəql edib: "Mən Rostovda skamyada pivə içirdim. Qəfildən naməlum şəxslər mənim yanında oturdu. Elə bu vaxt huşumu itirmişəm. Onda ayıldım ki, başqa yerdəyəm və üstümdə nə telefon, nə pul nə də sənədlər var. Hamısını götürmüşdülər. Başqa bir şübhəli şəxs mənə yaxınlaşaraq gündə min rubla anbarlarda işləməyi təklif etdi. Başqa seçimim yox idi, işləməli idim".
Antonun qardaşı "Alternativ" adlı təşkilatın könüllüləri ilə birlikdə kişinin yerini müəyyən edə bilib və onu xilas etmək üçün Slava Truda kəndinə gedib. Həmin gün polis əməkdaşları müstəqil yoxlama aparmaq üçün oraya gəliblər. Evdə heyvani şərait, çirkli, yararsız əşyalar, sökük döşəmə və boyası soyulmuş divarlar, dəhşətli qoxular və yorğun insanlar olub.
“Qullar” arasında yalnız bir nəfər pul verib ayrı yaşayırmış. Qalanları tarlada işləyir, cəfəri yığır, soğan çeşidləyirdi. Onlar iddia edirlər ki, hər şeyə cavabdeh "Raca" ləqəbli "hökmdar", daha doğrusu Vitali adlı şəxs olub. İlkin məlumata görə, “fermer” Vitali əvvəllər dələduzluq və adam oğurluğuna görə məhkum olunub.
“İşçilərin” dediyinə görə, yayın axırına kimi onlar itaətsizliklərinə görə döyülüb, idarə olunmağa etiraz ediblər. Bəziləri qaçıb, bəziləri isə maaşlarını gözləməyə məcbur olub. İndi sənəd işlərində də çətinlik çəkirlər. Keçmiş “qullardan” polisə beşə yaxın ifadə yazılıb, araşdırma aparılır, cinayət işinin başlanması məsələsi həll edilir.
Adəm
-
Rəsmi xronika12:02İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Nida Xəbər 11:30Prezidentin təltif etdiyi Jalə Əliyevanın dosyesi
-
Magazin110:36Pünhan Alim Qasımov haqda: “15 min istədi”
-
Sosial10:06Bakıda tanınmış restoranda biabırçılıq - FOTO
-
Nida Xəbər 09:44Bu Zəfər milli iradənin təntənəsi idi - Kamaləddin Qafarov
-
İqtisadi gündəm09:18Azərbaycanda pul kütləsi sürətlə artır: Xoş xəbərdir, yoxsa bəd?
-
Magazin208:4826 yaşlı gözəllik kraliçası ölümcül qəzaya düşdü - İki yaşlı qızı... / FOTO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu


















.png)


















.jpg)
