Kriminal
Sumqayıtda azyaşlı qızını boğub öldürən Ahmet Yeşilə hökm oxundu
Sumqayıtda azyaşlı övladını qəsdən öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Ahmet Yeşilin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.
Ahmet Yeşil 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı üzrə şəhər prokurorluğunda cinayət işi başlanıb.
İstintaqla 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşilin ağladığı üçün azyaşlı övladını Xəzər dənizinin Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindəki sahilinə aparıb suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ahmet Turan Yeşilə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilib.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
















.jpg)





















