Dəb
Payızın əsas dəbi: dəri ətəklər - FOTOLAR
Payızın yaxınlaşması və havaların sərinləşməsi dəri ətəkləri yenidən gündəmə gətirdi. Odur ki, artıq maksi və midi ətəkləri qarderobunuzun arxa bölmələrinə qoyun.
Publika.az qarşıdakı 2 ayda küçə dəbinin əsas geyimi olan mini dəri ətəkləri və onları doğru kombinləməyin yollarını təqdim edir:
Doğru kombin məsləhətlərinə keçmədən öncə qeyd edək ki, bu il, əsasən, qara və qəhvəyi rənglərdə olan dəri ətəklər dəbdə olacaq. Moda mütəxəssisləri önü düyməli və “zamşa” ətəklərin dəbi ələ keçirəcəyini proqnozlaşdırırlar.
Çünki modapərəstlər bilirlər ki, dəri ətəklərlə möhtəşəm stil yaratmaq mümkündür.
Bir neçə məsləhət:
“Zamşa” ətəklər
Bu ətəkləri kombin etmək çox asandır. Qəhvəyi və ya qara zamuj ətəyinizi hər rəngdə kofta və köynəklə kombinləyə, onları oksford ayaqqabı və ya sadə baletka ilə tamamlaya bilərsiniz.
Önü düyməli ətəklər
Həm köynəklərlə, həm də sadə koftalarla kombinləmək olar. Üstəlik, cins pencəklərlə birlikdə geyinərək payızın sərin havasından qoruna bilərsiniz.
Dəri ətəklə zərifliyini vurğula!
Təbii ki, dəri ətəklər ancaq gündəlik geyim üçün nəzərdə tutulmayıb. Şıq bir restorana gedərkən də dəri ətək geyinmək olar. Bunun üçün bir neçə qaydaya əməl etmək lazımdır. Dəri ətəyiniz mütləq hündürbel olmalıdır. Onunla tül və gipür detalları olan kofta geyinməlisiniz. Ən əsası isə, ayaqqabınız hündürdaban olmalı və iddialı görünməlidir. Zərif bir çanta ilə stilinizi tamamlamalısınız.
Ləman Sultan
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ