Dəb
Payız obrazını gözəlləşdirən rəngarəng yaylıqlar - FOTOLAR
Şərq xanımlarının əvəzolunmaz bəzəyi sayılan yaylıqlar bu mövsüm dəbdə olduğundan yəqin ki, brendlərin yeni kolleksiyaları ilə maraqlanmağa başlamısınız. Odur ki, bu aksessuarla məşhur olan “Hermes” moda evinin yeni kolleksiyasını ixtiyarınıza buraxırıq.
“Hermes”-in hər aksessuarı qadın qarderobunun tarixi predmeti olub. Publika.az-ın dəb bölməsi xəbər verir ki, moda evi kəpənək qalstuk, eləcə də, yeni yaylıq kolleksiyasını satışa buraxıb.
Pop-art mədəniyyəti ruhunda təqdim edilən kolleksiyanın ən maraqlı nümunələrindən biri "qanadlı at" mənası verən “Pop Pgase” adı verilmiş yaylıq olub. Yunan ədəbiyyatından ilhamlanan rəssam Dmitri Rıbalçenko Zevsin qanadlı atının hər addımının şimşək və ildırım çaxmasına səbəb olduğu epizodunu yaylıq üzərində əks etdirib. Qısası, qədim Yunanıstan mifləri və hekayələri əsasında hazırlanmış kolleksiya qızlara uşaqlıq təəssüratlarını xatırladacaq.
Çox az adam bilir ki, məşhur moda evinin sabiq baş direktoru Jan-Lui Düma caz və komikslərin ehtiraslı pərəstişkarı idi. O, dostları ilə birlikdə “Trocadro Jazz Band” qrupunda oynayır, onlarla birgə qaynar musiqi gecələri təşkil edirdilər. Belə axşamlardan biri ipək yaylıqlar və kəpənək-qalstukların yeni motivinə çevrilib. O vaxtdan bəri moda evi yaylıqla yanaşı, bu qalstukun istehsalı ilə də məşğul olur. Bu il həmin aksessuar daha orijinal və daha rəngarəng formada təqdim olunub.
Yenilik müəlliflərindən biri, heyvanat və bitki aləminin bilicisi, həm də rəssam Elis Şirli London Muzeyi ilə mütəmadi əməkdaşlıq edir. O, bu muzey kitabxanasında botanika illüstrasiyasının gözəl kolleksiyasını aşkar edib, Hindistanda yerləşən qoruqda nadir pələng növləri və bitkilərlə tanış olub. Rəssam Elis Şirli bu biliklərini yeni yüksək keyfiyyətli ipək və şifon parçalar üzərində tətbiq edib.
Aytən
-
Dünya06:1610 yaşlı qız NASA-dan elə bir şey istədi ki... - Foto
-
Elm və təhsil03:18Nazirdən imtahanlarda sual hazırlayanlara müraciət
-
Qoroskop01:40Günün ulduz falı: Güclü emosiyalar sizi sarsıda bilər...
-
Dünya00:45“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı - Foto
-
Nəqliyyat10 Aprel 22:48Bakının mərkəzi ərazilərində yenilik tətbiq ediləcək - Video
-
Magazin110 Aprel 20:36"Nikosayağı" aylar sonra göründü: qardaşının toyunda - Video
-
Dünya10 Aprel 19:50Ukrayna Xəzərdə neft platformalarını vurdu
-
Nəqliyyat10 Aprel 19:30Taksilərlə bağlı qaydalar dəyişdi? - AYNA-dan açıqlama








.jpg)

.jpg)




























