Dünyanın məşhur 12 ailəsi haqqında maraqlı faktlar - FOTO
Bizi izləyin

Dəb

Dünyanın məşhur 12 ailəsi haqqında maraqlı faktlar - FOTO

Corco Armani dəfələrlə etiraf edib ki, “Armani” moda evinin rəhbərliyində əsas köməkçilər və şəriklər onun ailə üzvləridir. Bu gün “Armani” yalnız nüfuzlu kutyurelərdən biri deyil, həm də moda imperiyası qurmağı bacaran uğurlu iş adamının nümunəsidir.

Publika.az moda maqnatlarının ailələri haqqında maraqlı məlumatları təqdim edir.

Armani ailəsi

Клан Армани, захвативший мир моды и еще 12 могущественных семей

İtalyan modelyer Corco Armani öz imperiyasını 1975-ci ildə qurub. O vaxtdan modelyerin sərvəti artan istiqamətdə gedir. 8,5 milyard dollarlıq sərvəti ilə o, İtaliyanın ən zəngin insanlarından biridir, “Forbes” jurnalına görə dünyanın ən varlı adamları reytinqində 131-ci yerdədir. “Armani” brendi altında təkcə geyim və aksessuarlar deyil, həm də kosmetika, ətriyyat və interyer əşyaları istehsal edilir. “İtalian House” restoran və otellər şəbəkəsi də işə salınıb. Corco ilə yanaşı, şirkətdə böyük bir ailənin digər nümayəndələri çalışır: onun bacısı Rozanna, eləcə də maestronun bacısı qızları Silvana və Roberta, digər vacib işlərlə yanaşı, brend və məşhurlar dünyası arasında sevgi və dostluq körpüləri qururlar.

Ferraqamo ailəsi

Клан Армани, захвативший мир моды и еще 12 могущественных семей

Salvatore Ferraqamo moda dünyasının əsl vunderkindi idi - 13 yaşında o, artıq öz ayaqqabı mağazasını açmışdı. Hollivudun bir çox aktrisaları ilə dostluq etdiyi üçün onu ulduz çəkməçi adlandırırdılar. 1960-cı ildə ölümündən sonra Salvatore Ferraqamonun dul arvadı - Vanda gündəlik biznesi öz üzərinə götürdü və “Salvatore Ferragamo” şirkətinin fəaliyyətini genişləndirdi, bu şirkət ayaqqabılardan əlavə aksesuarlar, ətirlər, saatlar, əlbəttə ki, geyim də istehsal etməyə başladı. İtalyan dəbdəbəsinin simvolu olan şirkət hazırda Ferraqamonon həyat yoldaşı və onların beş övladına məxsusdur. Hazırda şirkətin icraçı direktoru vəzifəsini Leonardo Ferraqamo yerinə yetirir.

Arno ailəsi

Наталья Водянова, Антуан Арно, Бернар Арно, Хелен Арно и Фредерик Арно

Lüks sənayesində dünya lideri olan LVMH-nin qurucusu Bernard Arnonun biznes fərasəti onun beş övladından ikisinə - Antuan (model Nataliya Vodianovanın əri) və Delfinaya miras qalıb. Məhz Antuan 1895-ci ildə əsası qoyulmuş kiçik “Berluti” brendinin yenidən qurulması ideyasını irəli sürdü. Gənc iş adamının səyləri ilə brend LVMH portfelində əsl inciyə çevrilib. Eyni zamanda “Tom Ford”, “Hermes” və “Brioni” kimi brendlərlə rəqabət aparır. Antuanın rəhbərliyi altında brend satışlarını ildə 45 milyon dollardan 130 milyon dollara qaldıra bilib. Şirkətin müştərilər siyahısında təkcə “Christian Dior”, “Louis Vuitton”, “Kenzo” və bir çox başqaları kimi moda brendləri deyil, həm də lüks spirt brendləri – “Moёt & Chandon”, “Dom Perignon”, “Veuve Clicquot”, eləcə də bir çox kosmetik nəhənglər var.

Missoni ailəsi

Клан Армани, захвативший мир моды и еще 12 могущественных семей

Missoni ailəsi biznesdə sadiqlik nümunəsidir. Son 67 il ərzində onlar trikotajda lider olublar və şirkəti boş yerə “parça ruhunun simvolu” adlandırmırlar. Ottavio Missoni və Rosita Gelmini 1948-ci il Olimpiadasında qarşılaşdılar. Beş il sonra cütlük münasibətlərini rəsmiləşdirdi, tezliklə məşhur markaya çevrilən trikotaj məhsulları istehsalı üçün kiçik bir atelye açdılar. 1997-ci ildə Missoni cütlüyünün uşaqları ailə biznesinə girdilər. Qızı Angela kreativ direktor vəzifəsini, oğulları Luka və Vittorio (2013-cü ildə faciəvi şəkildə vəfat etdilər) maliyyə və kişi geyimlərini öz üzərinə götürdülər. Daha sonra aksesuarlar xətti üzərində işləyən Angelanın qızı Marqarita da ailə biznesinə qoşulub.

Della Valle ailəsi

Клан Армани, захвативший мир моды и еще 12 могущественных семей

1920-ci ildə Filippo Della Valle ayaqqabı istehsalına başladı, nəvəsi Diyeqo Della Valle daha sonra şirkəti ən məşhur moda markalarından birinə - “Tod's”-a çevrildi. Məşhur “Tod's” mokasinləri dünyanın ən rahat ayaqqabısı kimi tanınır. Bu gün müasir bir centlmenin qarderobunu mokasinlərsiz təsəvvür etmək çətindir. Diyeqo hazırda qardaşı Andrea ilə birlikdə “Tod's”-u idarə edir. Dieqonun oğlu Emanuele də kreativ direktor kimi ailə biznesində iştirak edir. İtaliyanın kəndlərindən birində istehsalat fabriki Vallenin həyat yoldaşı - Barbara Pistillinin layihəsi ilə tikilib. “Tod's”dakı əsas biznesindən əlavə, Diyeqo “Ferrari” və “Maserati” kimi şirkətlərin idarə heyətində oturur, eyni zamanda Fiorentina Futbol Klubunun sahibidir.

Loren ailəsi

Клан Армани, захвативший мир моды и еще 12 могущественных семей

Ralf Loren 50 il əvvəl qalstuk istehsalı ilə başlayan bütöv bir moda imperiyası yaratdığı üçün “Moda əfsanəsi” adını qazandı. Boz flanel kostyum, kovboy kəmərləri, bohem ətəklər, kovboy çəkmələri, romantik koftalar və zamşa saçaqlı geyimləri dəbə gətirən adam da odur. Bu gün “Ralph Lauren” moda evi paltar, ayaqqabı, aksesuar, ətir, mebel və s. istehsal edən bir neçə xətti birləşdirir. 2015-ci ildə Ralf Loren şirkətin baş kreativ direktoru vəzifəsini tərk etdiyini açıqladı. Onu “Old Navy”də oxşar vəzifədə çalışan Stefan Larsson əvəz etdi.

Prada ailəsi

Клан Армани, захвативший мир моды и еще 12 могущественных семей

1913-cü ildə Mario Prada İtaliyada dəri məmulatları mağazası açır. 45 il sonra onun nəvəsi Miuççia “Prada”nı dünyanın ən gəlirli “maşınlarından” birinə çevirdi və 1992-ci ildə o, brendin gənclər versiyasını – “Miu Miu” brendini təqdim etdi. Maliyyə məsələlərində onun əsas müəllimi əri Patrizio Bertelli idi, onun səyləri sayəsində bu gün şirkət LVMH kimi nəhənglə rəqabət apara bilər. Onları təkcə bir-birinə və ailə biznesinə məhəbbət deyil, həm də işgüzar məsələlərdə cəsarət birləşdirir. 65 yaşlı modelyer bütün məşhurları nəhəng platformalar və ya çəkmələr geyindirə bilir. Patrizio isə Asiyada bazarı uğurla fəth edir. Miuççia Pradanın inanılmaz istedadı ərinin işgüzarlığı ilə birləşərək “Prada” brendini dünyada ən çox satılan brendə çevirdi.

Pino ailəsi

Клан Армани, захвативший мир моды и еще 12 могущественных семей

Lüks sənayesinin digər nəhəngi, indi daha çox “Kering” kimi tanınan PPR, 1963-cü ildə Fransua Pinault tərəfindən təsis edilmişdi. Demək olar ki, 20 il sonra Fransuanın oğlu Fransua-Henri sağ əli oldu. Bu gün “Gucci”, “Balenciaga” və “Alexander McQueen” kimi məşhur moda evlərini Henri idarə edir. 52 yaşlı iş adamı təkcə işgüzarlığı ilə deyil, həm də səs-küylü eşq macəraları ilə tanınır. Fransua-Henrinin hazırkı həyat yoldaşı Hollivud aktrisası Salma Hayekdir, onların nikahından Valentina adlı bir qızları var. Aktrisa ilə uzun illərdir davam edən möhkəm ailə münasibətlərinə baxmayaraq, Pinonun model Linda Evangelista ilə bir oğlunun dünyaya gəldiyi iddia edilir.

Fendi ailəsi

Клан Армани, захвативший мир моды и еще 12 могущественных семей

Adel və Eduardo Fendi keçən əsrin əvvəllərində dəri və xəz məhsulları istehsalına başladılar. Sonra həyat yoldaşlarının beş qızı Anna, Alda, Karla, Paola və Franka da ailə biznesinə qoşuldu və 1965-ci ildə Karl Lagerfeld onların köməyinə gəldi. Moda evinin adət-ənənələrinə sadiq qalan məşhur ailənin üçüncü nəsil nümayəndəsi baget çantasını yaratmaqla markanın tarixinə töhfə verdi. Onun qızı Delfina Delettrez zərgərlik istiqamətinə üstünlük versə də, “Delfina Delettrez” brendini yaradaraq moda sənayesindən uzaq qalmadı. Zərgərlik nümunələri müasir modapərəstlər arasında xüsusilə populyardır.

Olsen bacıları

Клан Армани, захвативший мир моды и еще 12 могущественных семей

Bu iki balacaboy qız - Meri-Keyt və Eşli Olsen - moda dünyasında əsl inqilab etdi. Karyerasına kino sənayesində başlayan əkiz bacılar bütün dünyaya sübut etdilər ki, dəblə geyinmək sevgisini böyüyən gəlirli biznesə çevirmək olar. 2006-cı ildə bacılar “The Row” adlı brendi işə saldılar ki, bu gün də uzun tarixə malik markalardan heç də az tanınmır. Uğurlarına arxalanmayan qızlar moda bazarındakı mövqelərini genişləndirmək qərarına gəldilər və daha demokratik brend olan “Elizabeth & James”, eləcə də idman geyimləri “Textile” xəttini təqdim etdilər. Milyonlarla qazanc və peşəkarları əkizlərin doğru yolda olduğuna ən yaxşı sübutdur.

Venq ailəsi

Клан Армани, захвативший мир моды и еще 12 могущественных семей

Dizayner Aleksandrr Venq 2007-ci ildə moda markasını yaratdı. 2008-ci ildə Amerika Moda Dizaynerləri Şurası onu “Ən yaxşı dizayner” mükafatına namizəd göstərdi. Eyni zamanda, Aleksandr “Vogue” jurnalının keçirdiyi müsabiqədə 200 min dollar qazandı. Bundan sonra hamı bu gənc istedadla maraqlanmağa başladı. Məlum oldu ki, o vaxtkı 23 yaşlı modelyerin arxasında Çində və San-Fransiskoda nəhəng geyim fabriklərinə sahib olan ailəsi dayanır. Aleksadr eyni zamanda “Balenciaga”nın kreativ direktoru vəzifəsini də tutur. Bu gün modelyerin maliyyəsini qardaşı Denis idarə edir, bacısı Emi isə “Alexander Wang”ın baş direktorudur. Küçə stili xronikaların əsl ulduzuna çevrilən Vanqın qardaşı qızı Aliyə də brendin tarixinə öz töhfəsini verib.

Versace ailəsi

Клан Армани, захвативший мир моды и еще 12 могущественных семей

1997-ci ildə brendin qurucusu Canninin faciəvi ölümündən sonra “Versace”nin idarəçiliyi bacısı Donatella Versaceyə keçdi. Çoxları bu qadının kövrək çiyinlərində böyük dəb imperiyasını saxlaya biləcəyinə şübhə edirdi. Lakin Donatella brendin prezidenti olan qardaşı Santonun köməyi ilə hər kəsə sübut etdi ki, o, moda brendini idarə edə bilir. Dizayner nəinki şirkətin ən gəlirlilər sıralamasında yerini qoruyub saxladı, həm də “Versace”nin əsas xüsusiyyətini - onun təsisçisi tərəfindən qoyulan seksual stilini qoruyub saxladı. Məşhur ailənin gənc nəsli brend idarəçiliyi ilə də məşğuldur. “Versace”nin səhmlərinin 50%-i Donatellanın qızı və Canni Versaçenin sevimli qardaşı qızı Alleqraya məxsusdur.

Verthaymerlər ailəsi

Клан Армани, захвативший мир моды и еще 12 могущественных семей

Hər kəs bilir ki, Karl Lagerfeld uzun illər “Chanel”in yaradıcı direktoru olub. Bununla belə sərvəti 19,2 milyard dollar dəyərində qiymətləndirilən fransız moda evinin sahiblərinin - Alen və Gerard Verthaymer qardaşları olduğunu çox az adam bilir. Sənayedəki həmyaşıdlarından fərqli olaraq, onlar sakit dəbdəbəyə üstünlük verirlər: at yarışları, sənət kolleksiyaları, Rotşildlər kimi zəngin insanlarla şam yeməyi. Rahat həyatlarını qardaşlar məşhur “Chanel No. 5” ətirinin yaradıcısı, eyni zamanda fransız evinin 70% səhmlərinə sahib olan babaları Pyerə borcludurlar.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm