Dəb
Mövsümün trend rəngi müəyyənləşdi - FOTO
Son bir neçə mövsümdür trendlərdən düşməyən açıq çəhrayı bu mövsüm kəskin göy ilə rəqabət aparacaq. Həm podiumlarda, həm sosial şəbəkələrdə paylaşılan fotolar bunu deməyə əsas verir ki, parlaq göy bu payız qarşımıza tez-tez çıxacaq.
Publika.az xəbər verir ki, mürəkkəbi xatırladan kəskin göy mövsümün əsas rənglərindən biridir və moda aləmində daha çox kobalt mavisi kimi tanınır.
Parlaq göyü digər tonlarla birləşdirmək çətin görünsə də, olduqca çoxyönlü olduğu üçün payız-qış qarderobunuzla mükəmməllik təşkil edəcək və ona parlaqlıq əlavə edəcək. Kobalt mavisini müxtəlif cür geyinə bilərsiniz. Payız-qış şoularında dizaynerlər daha çox monoxrom obrazlar təklif edirdilər - midi paltarlar və kostyumlar. Bu, bəlkə də parlaq göy geyinməyin ən möhtəşəm üsullarından biridir. Odur ki, qarderobunuza parlaq rənglər əlavə etməkdən qorxmursunuzsa, ona daha yaxından nəzər salmağı məsləhət görürük.
Əgər təpədən-dırnağa qədər mavi geyinməyə hazır deyilsinizsə, obraza sadacə parlaq köynək və ya kapüşon, trikotaj üst və ya çanta əlavə etmək olar. Kobalt ən yaxşı bej, qəhvəyi və ya boz ilə uzlaşır, buna baxmayaraq qara da effektiv təsir yaradır.
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial29 Avqust 20:12İdarə rəisi işdən çıxarıldı
























.webp)
.png)









.jpg)
.jpg)