Dəb
İşgüzar obrazı zərif göstərən dəbli ideya - FOTO
Klassik işgüzar geyimlər bu gün hər bir qadının qarderobunda mütləqdir. Ağ köynək və qara şalvar təzadlı birləşməsi həm ofis, həm də işgüzar tədbirlərə uyğun gəlir. Bəs ofis obrazının standartlardan kənar olması, effektiv və zərif görünməsi üçün nə etməliyik? Aktrisa Ana da Armas cavabını bilir.
Publika.az xəbər verir ki, “Sarışın” filmindəki Merilin Monro rolunun ifaçısı San Sebastyan Film Festivalı çərçivəsində ictimaiyyət qarşısına çıxıb. Aktrisa çıxışı üçün romantik ağ köynək ilə klassik, hündürbel və qara şalvar seçib. Obrazın zərif görünməsi üçün o, qolları bol köynəyə üstünlük verib. Belə bir detal ofis stilinə təkcə zəriflik əlavə etməyə kömək etmir, həm də bədən quruluşunu qum saatı siluetinə yaxınlaşdırır.
Ulduz obrazını hündürdaban stilettolar və minimalist zinət əşyaları ilə tamamlayıb. İncə qızıl sırğalar, üzük və qolbaq aktrisanın köynəyinin düymələri ilə ahəng təşkil edib.
-
Magazin213:07Kürd əsilli məşhur müğənninin 22 il əvvəlki görüntüsü gündəm oldu - FOTO
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
-
Sağlamlıq11:57Qadının qaraciyərindən futbol topu boyda şiş çıxardılar - FOTO
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
-
Hadisə11:20Azərbaycanda Əfqanıstan vətəndaşları saxlanıldı
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal

























.jpg)











