Dəb
Vakkarello 80-ci illərin dəbini günümüzə daşıdı - FOTO
Ötən gün moda dünyasının 80-ci illərinin əsas pərəstişkarı - Entoni Vakkarello Eyfel qülləsinin ətəyində özünün yeni yaz-yay “Saint Laurent” kolleksiyasını təqdim etdi.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, gözlənildiyi kimi, dizayner ilham mənbəyini 80-ci illərdən alıb. Lakin 70-ci illərin zərif dəb tendensiyalarından da yan keçməyib. Kolleksiyanın əsasını geniş çiyinli dəri gödəkçələr və həcmli paltolar təşkil edib. Hər kəsi valeh edən bu üst geyimlərini dizayner incə və uzun axşam geyimləri ilə birləşdirməyə üstünlük verib.
Vakkarello siluetlərlə nə qədər yaxşı oynadığını göstərmək fürsətini əldən verməyib: mürəkkəb təbəqələrə, çarpaz detallara və simmetrik kəsiklərə baxmaq kifayətdir. Qollara taxılan iri metal bilərziklər və sırğalar isə həm bu mövsümün, həm də gələn mövsümün əvəzolunmaz detalı olacaq.
-
Digər13:1525 nəfər məktəbdəki partlayışın qurbanı oldu - 50-yə yaxın yaralı var
-
Magazin213:07Kürd əsilli məşhur müğənninin 22 il əvvəlki görüntüsü gündəm oldu - FOTO
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
-
Hadisə11:20Azərbaycanda Əfqanıstan vətəndaşları saxlanıldı
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal












.jpg)











.jpg)











