Dəb
Məşhur moda evi bağlanır
Belçikalı modelyer Raf Simons “qeyri-adi 27 illik səyahətdən” sonra eyniadlı leyblinin bağlandığını elan edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə dizayner sosial şəbəkədə məlumat yayıb. O, bildirib ki, Londonda nümayiş olunan 2023-cü ilin yaz-yay kolleksiyası brendin son şousu olub.
“Mən əldə etdiklərimizlə necə fəxr etdiyimi ifadə edə bilmirəm. Komandama, tərəfdaşlarıma, mətbuata, alıcılara, dostlarıma, ailəmə və bütün sadiq pərəstişkarlarımıza davamlı dəstəyə görə minnətdaram. Mənə inandığınız üçün təşəkkür edirəm”, - Simons brendin rəsmi hesabında yazıb.
Qeyd edək ki, indi o, Miuccia Prada ilə birlikdə “Prada”nın yaradıcı direktoru kimi işə davam edəcək.
Xatırladaq ki, moda evi 1995-ci ildə təsis edilib. Dizayner “Jil Sande”, “Dior” və “Calvin Klein” kimi böyük moda evlərində işləyib. Bundan başqa, Raf Simonsun fəaliyyətinin ilk illərində hazırladığı geyimlər çox vaxt hərraca çıxarılır və yenidən yüksək qiymətə satılır.
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial29 Avqust 20:12İdarə rəisi işdən çıxarıldı
























.webp)
.png)









.jpg)
.jpg)