Dəb
Kişilər qadın çantalarına niyə meyl salıb?
Moda dünyasının qadınlar üzərində apardığı bütün sınaq və təcrübələr deyəsən, başa çatmaq üzrədir. Və belə görünür ki, estafet artıq kişilərin əlinə keçib. Bu, Milan, Londan, Paris və digər moda həftələrinin küçə stillərində kişilərin çanta seçimlərində özünü xüsusilə qabarıq göstərir. Kişilər illərdir əşyalarını saxlamaq üçün ciblərinə güvənsələr də, indi pul kisələrindən və kürək çantalarından imtina etəyə başlayan bir axın meydana gəlib. Belə ki, avropalılar və amerikalılar arasında lüks brendlərin qadın çantalarını göz dikən kişilərin sayı durmadan artır. Bəli, istəsək də, istəməsək də moda tendensiyalarının kişi geyimlərinə təsiri hər gün bir az da güclənir. Ümumiyyətlə, kişi-qadın geyimlərində mühafizəkar gender bölgüsü açıq şəkildə süquta uğrayır. Sösüz ki, belə yeniliklər ictimaiyyətdə müəyyən müzakirələrə yol açır.
Publika.az bu mövzuda ekspertlərin fikirlərini təqdim edir.
Qadın qarderobunun ayrılmaz aksessuarı sayılsa da, çanta əslində əzəldən kişi aksesuarı olub. Orta əsrlərdə kişilər əşyalarını və yeməklərini saxlamaq üçün boyun və ya beldən torbalar asardılar. 1600-cü illərdə çanta həm də zadəganların da geyim dəstinə daxil oldu. Zərif naxışlı çantalar kişilərin evdən çıxarkən daşıdığı status simvoluna çevrildi. Ciblər 17-ci əsrdə kişi geyimləri üçün vacib hala gələndə, çantalar kişi qarderobunda öz aktuallığını itirdi. 18 və 19-cu əsrlərdə əldə daşınan portativ çantaların forma və xüsusiyyətləri müxtəlif dəyişikliklərə uğradı və daha çox qadın aksessuarı statusunu qazandı.
20-ci əsrdə qadınlar üçün daha böyük çantalar nəzərdə tutulmuşdu, çünki onlar getdikcə həm iş həyatına atılır, həm də müstəqil həyat sürə bilirdilər. Mürəkkəb üslub və materiallardan hazırlanan qadın çantaları lüks bazarı idarə edirdi, kişi çantaları isə əsasən kiçik və lakonik formada təqdim olunurdu və ya yalnız sənəd qovluqlarına bənzəyən modellərə şans verilirdi.
Son illərdə görürük ki, qadın çantalarından istifadə edən kişilər yeni bir trend və ənənə yaradıblar. Bu mənzərə Avropa şəhərlərində tez-tez rast gəlinən bir mənzərədir. Farrel Uilliams, Kristiano Ronaldo, Snoop Dogg, Kanye West, Harri Stayls, Travis Skot və.s kimi məşhurlar “Hermes”, “Gucci”, “Fendi”, “Louis Vuitton” kimi ultra bahalı markaların qadın çantalarını böyük məmnuniyyətlə istifadə edirlər. Üstəlik, ingilis dilində “purse” (qadın çantası) sözünün antonimi kimi “murse” (kişi çantası) ifadəsi meydana gəldi. Ümumiyyətlə, mütxəssislər hesab edir ki, qadın çantalarına meyl edən kişilərin çoxu şou, sənət və moda dünyasının adamlarıdır, yaxud da homoseksual və biseksuallardır.
Ulduz reper Dreyk də illərdir "Birkins" modelini toplayır, ancaq iddia edir ki, onları gələcək həyat yoldaşına hədiyyə edəcək. Hər halda “Hermes” kişilərin diqqətini o qədər çəkdi ki, bu yaxınlarda keçirilən “FW2022 Hermès” kişi geyim şousunda marka onların daha böyük, ön hissədə zəncirbəndi və cibliyi olan versiyalarını təqdim etməklə onların da arzu və istəklərə biganə olmadığını bildirdi.
Bəs moda tənqidçiləri nə deyir?
Londonda məşhur “Machine-A” butikinin satış meneceri Stavros Karelis kişi geyimlərində qadın elementlərinin dəbə minməsini gender sərhədlərinin pozulması ilə əlaqələndirir.
Onun sözlərinə görə, gənc nəsil artıq obrazı tərtib edərkən ciddi qaydalara əməl etmir, ona görə də özlərini ən rahat hiss etdikləri aksessuarları istifadə etməkdən utanmırlar.
“Moda dizaynerləri diqqətlərini yeni auditoriyaya yönəldib, bununla əlaqədar olaraq qadın modelləri ilə yanaşı müxtəlif markaların çeşidində kişilər üçün də daha çox çanta modelləri satışa çıxarılır. Məsələn, 2019-cu ildə Kim Cons istehlakçılara uniseks yəhər çantası təqdim etdi”, - deyə ekspert bildirib.
Bundan əlavə, oxşar məhsullar “Johanna Parv”, “Steven Ma” və “Stefan Cooke”, “Hermes”, “Dior” və “Givenchy” kimi markaların xəttlərində meydana çıxdı. “İndi biz neytral rənglərə marağın artdığını, eləcə də kişilərin daha kiçik çantalara üstünlük verdiyini görürük”, - deyə “Madison Avenue Couture” geyim satışı şirkətinin təsisçisi Cudi Taylor müsahibələrinin birində qeyd edib.
Moda məsləhətçisi Aleksey İordanov bu tendensiyanın onun üçün yad olduğunu gizlətməyib:
“Birkins çanta modelini taxan bir oğlan gördüm. Qadın çantası olduğunu biləndə təəccübləndim, amma bəzi kişilər var ki, onları fərqli geyinirlər. Buna necə yanaşmaq olar? Mən özüm yalnız “Eastpak” və ya “Saint Laurent” bel çantalarını taxıram. Bu praktikdir. Xüsusi hallarda mən “Ambassade Goyard” alıram. Şəxsən mən heç vaxt “Celine” və ya “Chanel” kimi qadın çantaları istifadə etməzdim”.
Televiziya aparıcısı, stilist Aleksandr Roqov isə qadın bölməsində çeşidlərin daha çox olduğunu vurğlayıb:
“Çantaları əvvəllər kişi kolleksiyalarından alırdım, lakin onlar adətən ya böyük, da bel çantaları olurdu. Gördüm ki, qara standart çantamdan başqa heç birini istifadə etmirəm. Və mən özüm üçün bir alternativ tapdım, qadın kolleksiyalarından olduqca sərt görünən modelləri kəşf etdim”.
Moda yazarı Anton Danilovun sözlərinə görə, kişi və qadın geyimlərində “bu qadınlar, bu da kişilər üçündür" prinsipi artıq işləmir:
“Bu da brendlər üçün çox sərfəlidir, kişi dəbi qadınlara nisbətən daha sürətlə böyüyür və aksesuarlar əsas gəlir mənbəyidir. Nə qədər çox çanta satılırsa, bir o qədər çox gəlir gətirir. Əlbəttə, Bryanboy kimi moda bloggerləri həm kişi, həm də qadın kolleksiyalarından çantalar istifadə edirlər, lakin bunun üçün pul, diqqətəlayiq cəsarət və uyğun sosial dairə tələb olunur. Əlbəttə ki, birmənalı qarşılanmır. Məncə, başqalarının tənəli baxışlarına hazır olanlar azdır. Odur ki, bir çox cəhətdən gender klişeləri ilə oynamaq podiumda modanın üstünlüyü olaraq qalır.
Bundan əlavə, qadın çantaları çox vaxt kiçik olur, bu, rahat deyil və əminəm ki, kişilər dəb naminə rahatlığını qurban verməyə hazır deyillər. İndiyə qədər gördüyüm ən parlaq nümunələr çılğın rəngli belə taxılan çantalardır. Ancaq onların kişi və ya qadın versiyaları dmeək olar ki, yoxdur: hər iki cins tərəfindən eyni dərəcədə sevilirlər”.
“CAN” moda evinin təsisçisi Şervin Nəcəfpur isə hesab edir ki, qloballaşan dünyada, Z nəslin təsiri ilə “Gender-Fluid” konsepti gündən-günə artır:
“Bu əlbəttə ki, moda sektorunda da böyük yeniliklərə və dəyişikliklərə səbəb olur. Cinsiyyət konsepti istehlakçılar üçün əvvəlkindən daha az əhəmiyyət kəsb etdiyini göstərən sübutlar var. Brəndlər artıq gender müxtəlifliyinə dəstək verir, imicinə görə uyğunlaşdırır və diqqətlə həyata keçirdir. Qərbdə buna artıq hər gün rastlaşırıq və qəribsəmirik.
Buna mənim şəxsi münasibətim istidir, qeyri adi qəbul etmirəm, əksinə bəzi kişilərədə çox yaraşdırıram, düzgün şəkildə bunu kombin etdiklərində özüdə, lakin başa düşürəm ki şərq mədəniyyətlərində bu tam yaxşı qarşılanmır”.
Moda stilisti Juli Rajiola bu qənaətdədir ki, bu, kişi geyimlərinin azadlığının yalnız bir hissəsidir: “Moda dünyasında gender artıq köhnəlmiş bir ifadədir. Zövqün əsl hakim olduğu yerə doğru hərəkət edirik”.
Tanınmış modelyer Günel Yusifova çantanın tarixindən söz açarkən qeyd edib ki, qadın geyimlərinin bir çoxu kişilərdən götürülüb:
"18-ci əsrdə kişi geyimləri çox bər-bəzəkli, işləməli olub, qısa fakrlar, kaftanlar çox dəbdbəli idi. İndi belə bər-bəzəkli geyinən kişi görəndə deyirik ki, qadın kimi geyinib. Moda öz sözünü deyir. Dizaynerlər qadın geyimlərinin vir çox xüsusiyyətlərini kişi dəbinə gətirir. Mənə qalsa, kişilərin sadə və göstərişsiz olmağı yaxşıdır, qadın aksessuarı qoy qadınlarda qalsın, amma bu, dəbdir... Hər kəsin öz seçimidir, geyim insanın özünü ifadəetmə formasıdır, kim necə geyinirsə, özünü elə də ifadə edir".
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO