Nida Xəbər
“Qarabağ” - “Çelsi” oyununa qanunsuz bilet satan 5 nəfər SAXLANILDI - VİDEO
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi noyabrın 5-də Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ” - “Çelsi” futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirlər həyata keçirib.
DİN Mətbuat xidmətindən Publika.az-a bildirilib ki, biletləri əvvəlcədən onlayn qaydada və rəsmi satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkə platformalarında müxtəlif səhifələrdə, eləcə də “qara bazar”da dəyərindən daha artıq qiymətə satmaq istəyən Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov kiberpolis tərəfindən saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər biletlərin məhdud sayda olması və oyuna vətəndaşların göstərdikləri böyük maraqdan sui-istifadə edərək bu hüquqazidd əməli törədiblər. Saxlanılan şəxslər barəsində qanunamüvafiq tədbir görülüb, əməliyyatlar davam etdirilir.
Ölkəmizdə bundan sonra da keçirilməsi nəzərdə tutulan beynəlxalq əhəmiyyətli idman turnirlərini canlı izləmək istəyən vətəndaşlara bir daha müraciət edərək biletləri yalnız rəsmi satış nöqtələrindən əldə etməyi tövsiyə edirik.
Bildiririk ki, sosial şəbəkələrdə müxtəlif səhifələr və digər qeyri-qanuni mənbələrdən bilet alan şəxslər dələduzluq halları ilə üzləşə bilərlər.
-
Hadisə13:07Mingəçevirdə körpəsini zirzəmiyə atan ana saxlanıldı
-
Hadisə11:34Biləsuvarda ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB
-
Səhiyyə11:24Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”



































.jpg)



