Moda dünyasına rahatlıq gətirən əfsanəvi qadın - FOTO
Bizi izləyin

Dəb

Moda dünyasına rahatlıq gətirən əfsanəvi qadın - FOTO

Alman dizayner Jil Zander verdiyi müsahibələrinin birində zamanın nəbzini və ruhunu izlədiyini bildirib. Ancaq illər keçdikcə məlum oldu ki, qadın geyimlərinə inanılmaz rahatlıq və universallıq bəşx edən bu dizayner nəinki zamanın arxasınca getmir, əksinə onu qabaqlayıb.

Publika.az oxucuları “Jil Sander” brendinin uğur hekayəsi ilə tanış edir.

Almanca adı Heidemarie Jiline Zander olan Jil Zander 27 noyabr 1943-cü ildə Almaniya anadan olub. O, 1963-cü ildə Krefelddə tekstil məktəbini bitirdikdən və Los-Ancelesdəki Kaliforniya Universitetində təcrübə keçdikdən sonra Nyu-Yorkda “McCalls” və Hamburqda “Petra” jurnallarında moda redaktoru kimi çalışıb. İlk butikini 1960-cı illərin sonlarında Hamburqda açan Zander məşhur Avropa dizaynerləri ilə birlikdə öz əsərlərini satmağa başlayıb.

Jil Zander ilk kolleksiyasını 1973-cü ildə təqdim etdi, lakin o, uğur qazana bilmədi: neytral rənglərdə dekorsuz qadın kostyumları parlaq kombinezonlar, həcmli bluzlar və şalvarların fonunda yersiz görünürdü. Bu şərtlərə baxmayaraq, Zander üslubuna xəyanət etmədi və istehsal olunan məhsulların gözəlliyinə deyil, parçanın kefiyyətinə, rahatlığına və universallığına diqqət yetirməyə davam etdi. Məşhur dizaynerlərdən fərqli olaraq, Jil minimalizm yolunu tutmuşdu və buraxmaq fikrində deyildi. O, hesab edirdi ki, qadınlar kişilər üçün deyil, özləri üçün geyinməlidirlər, odur ki, onlara ilk növbədə rahat və keyfiyyətli paltar lazımdır. Zanderin şansı 1990-cı illərin əvvəlində üzünə güldü. Beləliklə, bədəni effektiv vurğulayan lakonik geyimlər dəbə mindi. Yeri gəlmişkən, qadın geyimində rahat üslubun banisi məhz odur.

Jil Sander - королева пуризма/Бренды/Библиотека/RENDEZ-VOUS DAILY

1979-cu ildə Zander fəaliyyətinin miqyasını genişləndirdi - indi o, təkcə paltar istehsalı ilə məşğul olmur, həm də kosmetika və ətirlər seriyasının istehsalına başlayır. Təxminən bir il sonra Zander Vyana Tətbiqi İncəsənət Məktəbi tərəfindən dərs deməyə dəvət edildi və 1985-ci ildə onun kolleksiyası bütün Alman dizaynerləri arasında Milanda nümayiş etdirilən ilk kolleksiya oldu. Həm dizaynerin, həm də şirkətin özünün uğuru sayəsində markanın populyarlığı tədricən artdı. Beləliklə, Jilin əfsanəvi minimalizmi 90-cı illərdə moda hitinə çevrildi.

Jil Sander Fall/Winter 2013 Ready-to-Wear

1989-cu ildə dizayner brendi Frankfurt Fond Birjasında səhmlərini sataraq Asiya və Şimali Amerika bazarlarında genişlənməyə başladı, növbəti on ildən dünyanın bir sıra paytaxtlarında mağazalar açıldı, eyni zamanda kişilər xətti istifadəyə verildi. Lakin Zander səsvermə hüquqlarını və kreativ direktor vəzifəsini də saxlamışdı. 1993-cü ildə “Jİl Sander”in Parisdə 4 mərtəbəli, 840 kvadratmetrlik flaqman butiki açıldı. Dizaynerin əvvəldən təbliğ etdiyi minimalizm digər dizaynerlər və geniş ictimaiyyət tərəfindən getdikcə daha qəbul olunurdu; o, tez-tez 1990-cı illərin modasını müəyyən edən və minimalist üsluba yön verən əsas dizaynerlərdən biri hesab olunur.

Основатель бренда Jil Sander

Sander 1999-cu ildə öz şirkətinin 75 faiz payını İtalyan moda evi “Prada”ya satdı və yaradıcı münaqişələr nəticəsində bir neçə ay sonra istefa verdi. Əvvəllər “Colette” və “Gucci”də çalışmış Milan Vukmiroviç yeni kreativ direktor təyin edilsə də, işi gözləntiləri doğrultmadı və buna görə də şirkət 2001-ci ildə 9,4 milyon dollar, 2002-ci ildə isə 26 milyon dollar itirdi.

Коллекция Jil Sander осень-лето 2017

Коллекция Jil Sander осень 2017

Коллекция Jil Sander осень-лето 2015

2003-cü ildə Zander ikinci dəfə kreativ direktor vəzifəsinə qayıtdı, lakin bir il sonra “Prada”nın baş icraçı direktoru ilə fikir ayrılığı səbəbindən bu vəzifəni yenidən tərk etdi. Onu moda evinin yeni yaradıcı direktoru belçikalı dizayner Raf Simons əvəz etdi. Rafın rəhbərliyi altında təxminən 7 il brend aktiv şəkildə inkişaf etdi. O, rəng palitrasına daim yeni rənglər əlavə edərək brendin sadəlik və minimalizm ənənəsini davam etdirə bildi.

Sonra Zander konsaltinq biznesi qurdu və onun ilk uğurlu əməkdaşlığı 2009-cu ildə Yapon brendi “Uniqlo” ilə oldu. Əməkdaşlıq +J adlı kütləvi bazar xətti idi. 2012-ci ildə Zander yenidən şirkətə qayıtdı. Onun yeni kolleksiyası 2013-cü ilin yazında təqdim olundu, sarsılmaz üslub isə dəyişməz olaraq qaldı - eyni minimalizm və hər detalda yüksək keyfiyyət. Elə həmin ildən bir neçə ay sonra Zander yaşı ilə əlaqədar brenddən ayrıldığını açıqladı.

Жиль Сандер — краткая история немецкого бренда Jil Sander

Qurucu gedəndən sonra brendin sükanı italyan dizayner Rodolfo Palyalunqaya təhvil verildi, lakin 2017-ci ilin payız-qış kolleksiyasının nümayişindən sonra moda evi ilə vidalaşdığını açıqladı. Marka ilə üç illik iş müddətində modelyer ötən illərin estetikasını yada salırdı, sərt xətlər, bir sözlə çoxqatlı üslublar və monoxrom obrazlar moda evinin kolleksiyalarının ana xətti olmağa davam etdi.

Markanın bugünki taleyi

Palyalunqdan sonra markanın yaradıcı direktoru postuna Lusi və Lük Meyer cütlüyü keçdi. Brendin inkişaf istiqamətini uşaqlıq xatirələri üzərində quran cütlük daha çox idman geyimləri buraxmağa üstünlük verir. Kolleksiyalarda eyni zamanda klassik və boş ev geyimlərinə də rast gəlmək olar. Yeni ustaların rəhbərliyi altında yaradılan geyimlər minimalist lüksün keçmiş estetikası ilə texnoloji elementlər arasında keçid təşkil edir.

Креативные директора Jil Sander — Люси и Люк Мейер

Demək olar ki, “Jil Sander” brendi uzun bir yol keçib, lakin o, uzun müddətdir ki, anlaşılmaz olaraq qalır, demokratik və seksual geyimlər daha populyar olsa da, sadəlik və rahatlıq leyblın dəyişməz fəlsəfəsi olaraq qalır. İctimaiyyətin zəif reaksiyasına baxmayaraq, “Jil Sander” bu gün də biznes tərəfinə deyil, yalnız geyimlərinin dizaynına və keyfiyyətinə diqqət yetirməyə davam edir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm