Digər
Hücum əmri HƏR AN verilə bilər – Moskvadan MÜHARİBƏ XƏBƏRDARLIĞI
ABŞ Venesuelaya hərbi müdaxilə üçün hazırlaşır.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, ABŞ Puerto-Rikoda xüsusi təyinatlıları, ordunu isə Kolumbiyaya yerləşdirib.
Fevralın 22-də isə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, ABŞ Venesuela sərhədinə yaxın ərazilərə xüsusi təyinatlı dəstələr və hərbi texnika göndərir.
“Vaşinqtonun təxribata hazırlığı hərb elminin bütün qaydaları ilə aparılır”, - o vurğulayıb.
Diplomatın sözlərinə görə, ABŞ və NATO Venesuela müxalifətinə silahın ötürülməsinə hazırlaşır. Zaxarova qeyd edib ki, silahlar və döyüş sursatlarının böyük partiyasının Şərqi Avropa ölkələrindən birindən alınması planlaşdırılır. O, böyuk kalibrli pulemyotlar, avtomatik qumbaraatan və daşınabilən zenit-raket komplekslərindən söhbət getdiyini deyib.
“Venesuelaya hərbi yükün çatdırılması cari ilin mart ayının başlanğıcında beynəlxalq ekspeditor şirkətinin nəqliyyat təyyarələrinin cəlb edilməsi ilə qonşu ölkənin ərazisi vasitəsilə bir neçə istiqamətdə həyata keçirilməsi planlaşdırılır”, - Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.
Ömər
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib




































.jpg)

.jpg)