Digər
Müsəlmanlar üçün “ölüm düşərgələri”: bir milyon insan...- İLK AÇIQLAMA
Çində “yenidən təhsil mərkəzləri”, "vətənpərvərlik tərbiyəsi düşərgələri”, “ölüm düşərgələri” kimi adlarla adlandırılan və Sintszyan-Uyğur Muxtar Rayonunda müsəlmanların olduğu düşərgələr bağlana bilər.
Publika.az xəbər verir ki, “South China Morning Post” nəşrinin yazdığına görə, bu haqda regionun başçısı Şoxrat Zakir bildirib.
“Düşərgələrin, həmçinin onlardakı insanların sayı tədricən azalacaq. Əgər cəmiyyətə belə təlim mərkəzləri daha lazım olmayacaqsa, onlar tədricən yox olacaqlar”, - o deyib.
Qəzet qeyd edir ki, beləliklə, Zakir Çində müsəlmanlar üçün düşərgənin müvəqqəti ölçü olduğunu açıq bildirən hakimiyyətin birinci nümayəndəsi olub. O məhbusların dəqiq sayını açıqlamayıb, ancaq qeyd edib ki, onlar milyondan azdır.
Çin hakimiyyəti uzun müddətdir ki, düşərgələrdə müsəlmanların məcburi saxlanılmasını inkar edirdi. Düşərgələrin mövcudluğu Çində ilk dəfə 2018-ci ilin oktyabrında rəsmi etiraf edilib. Parlamentin rəsmi sənədlərindən birində xatırlanırdı ki, düşərgələrdə hüququ dərs keçirlər, ideoloji tərbiyəylə məşğul olurlar, həmçinin Çin dövlət dilini öyrənməyə kömək edirlər.
Aylarla təzyiqlərdən sonra rəsmi Pekin sənədlərdə “professional hazırlıq mərkəzləri” adlandırılan bu düşərgələri rəsmiləşdirib. Onların ekstremizmə qarşı mübarizə aparmaq üçün yaradıldığı deyilir.
Bu düşərgələrdə əksəriyyət uyğurlar və digər müsəlman azlıqlardan ibarətdir. Burada qazaxlar və qırğızlar da var.
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü
-
Magazin200:45Kıvanç Tatlıtuğun evində bədbəxt hadisə: Xidmətçi damdan yıxıldı, reanimasiyaya yerləşdirildi
-
Magazin213 Sentyabr 21:45"Kurtlar Vadisi"nin ssenaristləri polisə çağırıldı
-
ABŞ13 Sentyabr 20:32Tramp İran neftinə əl qoymaqdan danışdı: Venesuela kimi...
-
Magazin113 Sentyabr 19:51Komaya düşən Əməkdar artistin vəziyyəti ağırlaşdı










.jpg)



.jpg)




.jpg)







.webp)









