Digər
2019-cu ilin ən nüfuzlu şəxsləri bəlli oldu
ABŞ-da nəşr olunan “Time” dərgisi 2019-cu ilin 100 ən nüfuzlu şəxsinin siyahısını təqdim edib.
Publika.az “Report”a istinadən xəbər verir ki, bu gün dərginin saytında həmin şəxslər “Liderlər”, “Artistlər”, “Səcdəgahlar”, “Öncüllər” və “Azmanlar” bölmələri üzrə təqdim olunub.
Belə ki, “Liderlər” bölməsinə ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Binyamin Netanyahu, Roma papası Fransisk, Çinin dövlət başçısı Si Cinpin, İtaliyanın Baş nazirinin müavini Matteo Salvini, Venesuela müxalifətinin lideri Xuan Quaido kimi şəxslər daxil edilib.
“Artistlər” bölməsində amerikalı aktyor və prodüser Dueyn Consonla yanaşı, Rəmi Malik, Mahirşələ Əli, Emiliya Klark, Recina Kinq, Yalitza Aparisio kimi simalar da var.
“Səcdəgahlar” arasında müğənnilər Teylor Svift və Ledi Qaqa, ABŞ-ın sabiq Prezidenti Barak Obamanın xanımı Mişel Obama, rejissor Spayk Li, rəssam David Hokni, dizayner Pier Paolo Piççoli kimilərin adı çəkilir.
“Azmanlar” arasında misirli futbolçu Məhəmməd Salah, basketbolçu LeBron James, “Facebook”un təsisçisi və rəhbəri Mark Sukerberq, qolfçu Tayger Vuds, ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauell kimi adlara rast gəlirik.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)





















.jpg)

.jpg)
