Digər
Döyüş təyyarələri HAVAYA QALXDI: ABŞ-dan sonra Fransa... - III Dünya müharibəsi BAŞLAYIR?
Cənubi Çin dənizində gərginlik getdikcə artmaqdadır.
Publika.az xəbər verir ki, Çin Tayvan boğazına girən Fransanın döyüş gəmisi haqqında Parisə rəsmi xəbərdarlıq göndərildiyini açıqlayıb.
Çinin Müdafiə Nazirliyinin açıqlamasına görə, Fransanın döyüş təyyarəsi aprel 7-də Çinin ərazi sularına qeyri-qanuni girib və Çin gəmisi ona xəbərdarlıq edib.
Bu ayın əvvəlində isə Tayvan Müdafiə Nazirliyi Çinə aid iki ədəd “J-11” döyüş təyyarəsinin Tayvan döyüş təyyarələri ilə qarşı-qarşıya gəldiyini açıqlamışdı.
Xatırladaq ki, mart ayının sonlarında ABŞ donanmasına aid “USS Curtis Wilbur” və “USCGC Bertholf” gəmiləri mübahisəli bölgə sayılan Tayvan boğazına girmişdi.
Qeyd edək ki, dünyanın ən əhəmiyyətli dəniz marşrutlarından biri olan Cənubi Çin dənizi zəngin karbohidrogen ehtiyatlarına malikdir. Çindən başqa, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan kimi ölkələr də beynəlxalq suları iddia edirlər. ABŞ isə Çinin bu regionda möhkəmlənməsini təhlükəsizlik maraqlarına zərbə hesab edir və son illər Cənubi Çin dənizi regionunu xarici siyasətin prioritetlərindən birinə çevirib.
Bölgə III Dünya müharibəsinin başlaya biləcək nöqtələrdən biri hesab edilir.
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial31 Oktyabr 19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi


































.jpg)
.jpg)
