Digər
ABŞ-ın döyüş gəmiləri Çin sularında - Gərginlik PİK HƏDDƏ çatdı
Vaşinqton-Pekin xəttində Cənubi Çin dənizi böhranı yenidən baş qaldırıb.
Publika.az xəbər verir ki, ABŞ donanmasına aid iki döyüş gəmisi mübahisəli bölgəyə yaxınlaşıb.
Çinin Xarici işlər naziri Qenq Şuanq məsələ ilə bağlı verdiyi açıqlamada Amerikanın həmləsini təxribat adlandırıb. O, təxribatın Çinin suverenliyinə qarşı olduğunu və Cənubi Çin dənizində sülhü, nizamı və güvənliyi təhlükəyə atdığını bildirib. Nazir gəmilərin dərhal bölgədən uzaqlaşdırılmasını tələb edib.
Qeyd edək ki, Cənubi Çin dənizindəki mübahisəli bölgədə 2018-ci ili oktyabr ayında Amerika və Çin gəmiləri qarşı-qarşıya gəlmiş, artan gərginlik səbəbilə həmin dövrdə ABŞ-ın Müdafiə naziri olan Ceyms Mettisin Pekin səfəri ləğv olunmuşdu.
Son dövrdə pik həddə çatan gərginlik ABŞ-Çin ticarət münasibətlərinə yeni mövqe gətirib. ABŞ prezidenti Donald Tramp son olaraq Çin məhsullarına əlavə dəyər vergisi tətbiq olunması ilə bağlı qərar qəbul etmişdi.
Zümrüd
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial31 Oktyabr 19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi


































.jpg)
.jpg)
