Digər
Özbəklər Rusiya-Qazaxıstan sərhədinə toplaşır
Rusiyanın Maştakovo və Qazaxıstanın Saqarçin sərhəd keçid məntəqəsi yaxınlığında Özbəkistan vətəndaşlarının toplanması müşahidə edilir.
Publika.az xəbər verir ki, bu məlumatı Özbəkistan Xarici İşlər Nazirliyi yayıb.
Nazirlik hazırda Özbəkistanın Moskvadakı və Nur-Sultandakı səfirlikləri, eləcə də Kazan və Aktaudakı konsulluqlarının situasiyanı nəzarətdə saxladığını bildirib. Bununla bərabər rəsmi Daşkənd Rusiya və Qazaxıstanın müvafiq orqanları ilə danışıqlar apardığını açıqlayıb.
Xarici İşlər Nazirliyi həmçinin 1 iyundan etibarən Rusiyanın müxtəlif şəhərlərindən Özbəkistan vətəndaşlarının ölkəyə geri dönmələri üçün 25 çarter reysinin təşkilinin planlaşdırıldığını vurğulayıb:
“Bununla əlaqədar olaraq Rusiya ərazisində olan həmvətənlərimizdən Rusiya-Qazaxıstan dövlət sərhəd keçid məntəqələrinə getməyə cəhd etməmələrini və cari yerlərində qalaraq, bütün karantin tədbirlərinə ciddi riayət etmələrini xahiş edirik”.
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?























.jpg)














