Dünya
Ərdoğan Kılıçdaroğlu ilə koalisiyaya gedir?
AKP və CHP arasındakı koalision hökumətin qurulması haqda
aparılan müzakirələrdə iştirak edən CHP-li millət vəkili Akif
Hamzaçebi birinci turda olanların pərdəarxasını
açıqlayıb.
Publika.az xəbər verir ki, CHP lideri Kamal
Kılıçdaroğlunun tapşırığı ilə müzakirələrdə iştirak edən A.
Hamzaçebi AKP və CHP-nin ortaq mövqeyə gəldiyini deyib: “Bu
məsuliyyəti hər iki partiya hiss edir. Yeni hökumət qurmaq təbii
ki, asan deyil. Xüsusilə inam problemini aradan qaldırmaq lazımdır.
Bu problemi aradan qaldırmaq üçün CHP-dən Haluk Koç, AKP-dən isə
Ömer Çelik birgə işləyirlər. Bu fəaliyyətin ardından bayramdan
sonra hər iki partiya bir daha görüşəcək”.
A. Hamzaçebi qurulan koalision hökumətin 4 illik olmasında fikir
birliyinin olduğunu da deyib. Onun sözlərinə görə, hər iki tərəf
bir, ya iki illik hökumətin qurulması və daha sonra seçkiyə
gedilməsinin Türkiyəyə ziyan olduğunu bildirib.
Asif Nərimanlı
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi