Dünya
Sürücü yol polisinə dərs keçdi - VİDEO
Daha bir sürücünün DYP əməkdaşı ilə mübahisəsi əks olunmuş videosu yayılıb.
Publika.az BAKU.WS-ə istinadən xəbər verir ki, sürücü avtomobili saxlayaraq Biləcəri qəsəbəsindən paytaxt istiqamətinə gələn maşınları saxlayan DYP müfəttişinə sualla müraciət etmək istəyir. Vətəndaş müfəttişlərdən yolda "Dayan” işarəsi qoyulmadan keçən avtomobillərin nə səbəbə saxlanıldığını soruşur. DYP müfəttişi isə yol nişanının qoyulmaması səbəbindən maşınların digər avtomobillərə yol vermədiklərinə görə saxlanıldığı sualına dolğun cavab verə bilmir. Sonda müfəttiş bu ərazidə ümumiyyətlə yol strukturunun düzgün qurulmadığını etiraf edir.
Qeyd edək ki, DYP müfəttişi avtomobilləri saxlayaraq sürücüyə protokol yazan zaman Biləcəri qəsəbəsindən gələn və qapısı açıq olan avtobus düz Yol Polisi əməkdaşının gözü qarşısından keçib gedir. Müfəttiş isə nədənsə avtobusu saxlayaraq sürücüyə qanun pozduğu haqda irad bildirmir.
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq