Dünya
İŞİD Angela Merkeldən qisas alacağına AND İÇDİ
“İslam dövləti” (İŞİD) terror qruplaşması ilk dəfə alman dilində videoçarx dərc edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror qruplaşması Almaniya və Avstriyada terror aktları törətməklə Almaniyanın kansleri Angela Merkeldən qisas almağa söz verib.
Videoda İŞİD-in adından Almaniya vətəndaşı Əbu Ömər Əl-Almani və Avstriya vətəndaşı Məhəmməd Mahmud müraciət edib. Qərbin xüsusi xidmət orqanlarına yaxşı tanış olan bu şəxslər vətənlərində olduğu müddətdə ekstremizmdə ittiham olunaraq həbs ediliblər.
Onlar kamera önündə çıxış edərək “qardaş və bacıları” Almaniya və Avstriyada qanlı cihada başlamağa çağırıblar. Terrorçular Əfqanıstanda müsəlmanların qanının tökülməsində günahkar olan, həmçinin İŞİD-ə qarşı vuruşanlara silah verən Angela Merkelin ünvanına təhdidlər söyləyiblər.
Terrorçular videoçarxın sonunda Suriyanın Palmira şəhərinin xarabalıqlarının fonunda iki girovu öldürürlər.
Ömər Dağlı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq