Prezidentdən III Dünya Müharibəsi XƏBƏRDARLIĞI
Bizi izləyin

Dünya

Prezidentdən III Dünya Müharibəsi XƏBƏRDARLIĞI

İtaliya prezidenti Serco Mattarella dünyanın müxtəlif ölkələrində baş verən terror aktları və münaqişələrdən danışıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, prezident Roma şəhərində bu il 35-ci dəfə təşkil olunan din, siyasət və iş dünyasından tanınmış şəxslərin iştirak etdiyi “Roma görüşləri” konfransının açılışına göndərdiyi məktubunda III Dünya Müharibəsi haqqında xəbərdarlıq edib.

O, terror təşkilatlarının Aralıq dənizi, Yaxın Şərq və Afrikada III Dünya Müharibəsinə başlamaq istədiyini söyləyib: “Tanrıya olan imanın fanatik şəkildə təhrif edilməsindən qidalanan terrorizm Aralıq dənizi, Yaxın Şərq və Afrikada III Dünya Müharibəsinin toxumlarını səpməyə çalışır. Bunu dayandırmaq bizim işimizdir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm