PKK-ya ağr zərbə: 30 ölü
Bizi izləyin

Dünya

PKK-ya ağr zərbə: 30 ölü

Türkiyə Silahlı Qüvvələri Şimali İraqdakı PKK düşərgələrinə qarşı növbəti hava əməliyyatını keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baş qərargah PKK-nın Şimali İraqda yerləşən Haftanin düşərgəsinə endirilən hava zərbələrində 30 terrorçunun məhv edildiyini açıqlayıb.

Pilotsuz təyyarələr və digər kəşfiyyat mənbələrindən əldə edilən məlumatlar əsasında yeri müəyyənləşdirilən sığınacaqlar və külli miqdarda istifadəyə hazır sursatın olduğu anbar məhv edilib. Sursatların olduğu anbarda partlayışlar təxminən 40 dəqiqə davam edib.

Digər bir məlumata görə, Şırnak vilayətinin Beytüşşebap bölgəsində PKK-nın hücumu zaman 23 yaşındakı çavuş Ali Çakar şəhid oldu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm