Dünya
İŞİD şərtini açıqladı: bir əsgər üçün 200 terrorçu
İŞİD terror təşkilatı qaçırdığı türk əsgəri Serter Taşın azad olunması üçün şərtini açıqlayıb.
Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, İŞİD Serter Taşın azad edilməsi üçün onunla görüşən Milli İstihbarat Təşkilatından (MİT) Türkiyədə həbsdə olan 200 üzvünün azad edilməsini istəyib.
Məlumata görə, İŞİD həmin şəxslərin siyahısını MİT-ə təqdim edib.
Agentliyin məlumatına görə, MİT türk əsgərin azad edilməsi üçün İŞİD-in Türkiyə üzrə səlahiyyətli şəxsi ilə üçüncü dəfə təmas qurub. Sözügedən təmas “WhatsApp” vasitəsilə qurulub. Məlumata görə, MİT səlahiyyətli təşkilatlarla müzakirələrdən sonra təşkilata cavab verəcək.
Xatırladaq ki, Türkiyə-Suriya sərhədində xidmət edən Serter Taş sentyabrın 1-də silahı ilə birlikdə qaçırıb. İŞİD-in silahlıları digər bir türk əsgərini şəhid etmişdi.
-
MDB21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO
-
Dünya19:48Cəsədlərinin qalıqları kiçik qutularda ailələrinə təhvil verildi
-
MDB17:02Zelenskinin Azərbaycanla bağlı təklifinə Moskvadan reaksiya
-
Rəsmi xronika16:35İlham Əliyev Sərəncam imzaladı
-
Dünya16:07Ermənistan və Azərbaycandan olan iş adamları artıq birbaşa işləyə bilərlər - Paşinyan
-
Hadisə15:44Milli Onkologiya Mərkəzində partlayış: Ölən və yaralanan var














.png)
.jpg)












