İdman
Ulduz oyunçu zədələndi, “Real”ın transfer planları pozuldu
“Real”ın müdafiəçisi Eder Militao bud əzələsi zədəsinə görə əməliyyat olunub.
Publika.az xəbər verir ki, o, uzun müddət meydanlardan kənarda qalacaq. Bu səbəbdən dünya çempionatını da buraxacaq.
Braziliyalı mərkəz müdafiəçisi formasını bərpa etməyə başlasa da, tez-tez zədələnməsi yenidən problem yaradıb.
“Los Blankos” növbəti mövsüm üçün Militaonu Din Heysen ilə birlikdə müdafiənin əsas sütunu kimi görürdü. Lakin son zədə klubun yay transfer planlarına təsir göstərəcək.
Madrid təmsilçisi indi Antonio Rüdiger ilə müqavilənin uzadılmasını sürətləndirməyə məcbur qala bilər. Almaniyalı futbolçunun sözləşməsi yayda başa çatır və digər klublardan gələn cəlbedici təkliflər səbəbindən danışıqlar çətin gedir.
Militaonun zədəsi klubun Raul Asensio ilə bağlı planlarını da yenidən nəzərdən keçirməsinə səbəb ola bilər. Onun yayda satılması variantı gündəmdə idi.
Eyni zamanda, “Real ” yay transfer pəncərəsində yüksək səviyyəli yeni müdafiəçi transfer etməyi planlaşdırır. Klub həmçinin keçmiş oyunçusu və hazırda “Komo”da çıxış edən Yakobo Ramon ilə maraqlanır və bu transferi sürətləndirə bilər.
Bundan başqa, Viktor Valdepenyas, Dieqo Aquado və Xuan Martines kimi gənc futbolçuların mümkün ayrılıqları da hələlik təxirə salına bilər.
-
Region09:36Ermənistana əl boyda dolu düşdü - VİDEO
-
İdman09:18Rusiyada güclü zəlzələ oldu
-
İdman09:09DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya məğlub oldu - YENİLƏNİB
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi
-
Magazin207:55Selenanın həyat yoldaşı yeni imici ilə gündəm oldu - Foto
-
Sosial07:15Qırğızıstanlı qadına Bakıda elə bir jest etdilər ki... - Çəkdiyi video marağa səbəb oldu
-
Magazin205:15"Kızılcık Şerbeti"nin 35 yaşında ölən aktrisası ilə bağlı şok iddia - Vəkili prokurorluğa müraciət etdi
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət







.jpg)

























