Dünya
Avropada bankomat fırıldaqlarının sayı artıb
Avropa ölkələri bankomatlarında 2015-ci ilin birinci yarısında fırıldaqçılıq hallarının sayı 2014-cü ilin analoji dövrü ilə müqayisədə 15 faiz artıb. Bu, fırıldaqçılar tərəfindən kartların oğurlanması və cinayətkarların pulları bankomat vasitəsilə öz hesablarına köçürmələrinin artması ilə əlaqədardır.
Publika.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, “European ATM Security Team” (EAST) hesabatına görə, kartların ələ keçirilməsi üzrə fırıldaqçılıq əməliyyatlarının sayı 18 faiz artıb. Halbuki 2015-ci ilin birinci rübündə 3043 belə hal qeydə alınıb. Fırıldaqçıların kartlarına bankomatlar vasitəsilə vəsaitlərin köçürülməsi üzrə qeyri-qanuni əməliyyatların sayı 985 faiz çoxalıb (il ərzində 117 haldan 1270 haladək). Bu növ bankomat fırıldaqçılığı “Transaction Reversal Fraud” adlanır. Fırıldaqçılar tərəfindən ələ keçirilən kartlardan hətta cinayətkarların PİN-kodu ələ keçirə bilməsi zamanı “EMV” mühitində (çipli kartlar) istifadə oluna bilər.
“EAST” qrupunun ekspertləri bildiriblər ki, dünyada bankomat fırıldaqçılığından itkilər 18 faiz artıb (il ərzində 111 milyon avrodan 131 milyon avroyadək). Bu hal daha çox ABŞ və Asiya-Sakit okean regionunda qeydə alınıb. Avropada bankomat fırıldaqçılığından itkilər analoji dövrdə 11 faiz yüksəlib.
-
ABŞ05:15ABŞ və İran uranı birlikdə çıxaracaq - Trampdan sensasion açıqlama
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya17 Aprel 20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial17 Aprel 19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa














.jpg)


.webp)
















