Ankara İŞİD-in hücumundan 20 gün əvvəl xəbərdar idi – ŞOK İDDİA
Bizi izləyin

Dünya

Ankara İŞİD-in hücumundan 20 gün əvvəl xəbərdar idi – ŞOK İDDİA

İstanbul Atatürk Hava Limanında dünən gecə törədilən terror aktı il əlaqədar detallar ortaya çıxıb.

Publika.az xəbər verir ki, CNN Türk kanalının canlı efirində danışan kanalın Ankara nümayəndəsi Hande Firat şok bir iddia ilə çıxış edib.

Onun sözlərinə görə, Türkiyə kəşfiyyatı hava limanına İŞİD-in hücumu ola biləcəyi barədə 20 gün əvvəl xəbərdarlıq edib.

“Kəşfiyyat İstanbulla əlaqədar iyun ayının əvvəlində, təxminən 20 gün əvvəl dövlətin rəhbərliyinə və bütün təşkilatlara xəbərdarlıq yazısı göndərib. Bu xəbərdarlıqda hücum ediləcək ünvanlar göstərilmişdi”, - Hande Fırat deyib.

Həmin ünvanlar arasında Atatürk Hava limanının olub-olmadığı barədə suala isə Firat “bəli” cavabı verib.

Qeyd edək ki, son məlumatlara görə, terror aktı nəticəsində 41 insan həlak oldu, 239-u yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm