Dünya
ABŞ-da iğtişaşlar: ölən polislərin sayə 5-ə çatdı, Dallas minalanıb - FOTOLAR/VİDEO (YENİLƏNİB)
11:36
Son məlumatlara görə, etiraz aksiyası zamanı güllələnən daha bir polis işçisi ölüb.
Publika.az-ın "CNN"ə istinadən məlumatına görə, bununla da ölən polis işçilərinin sayı 5-ə çatıb. 6 yaralı polis işçisindən daha 2-sinin kritik vəziyyətdə olduğu bildirilir.
Polislərə hücumdan sonra 3 nəfər saxlanılıb. Polislə atışan və “hər yerdə bomba var” deyən silahlı özünü vurub. Şəhərdə bütün avtobus və qatar reysləri dayandırılıb.
***
10:56
Polis əməkdaşlarını öldürməkdə şübhəli bilinən şəxs şəhərdə bombalar yerləşdirdiyini bildirib.
Publika.az-ın CNN telekanalına istinadın məlumatına görə, bunu Dallas polisinin rəhbəri Devid Braun deyib: “Şübhəli ilə danışıqlar aparılanda o, bizi güllələyirdi və bildirirdi ki, bizim daha çox zabitimizi öldürəcək. O, həmçinin bildirdi ki, şəhərdə bombaları qurub və “sonun yaxın olduğunu” dedi”.
***
10:29
ABŞ-ın Dallas şəhərində polislərin qətlində şübhəli bilinənlərdən biri saxlanılıb, silahlılardan biri isə könüllü olaraq polisə təslim olub.
Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, polisdən bildirilib ki, təslim olan şəxs hüquq-mühafizə orqanlarının daha əvvəl sosial şəbəkələrdə şəklini dərc etdiyi adamdır. O, şəklini görəndən sonra polisə gedib. Hələlik onun olayda iştirakı təsdiq olunmayıb.
Xüsusi təyinatlı dəstənin üzvləri ikinci şübhəlini mühasirəyə alıblar. O, atışmadan sonra saxlanılıb.
İkinci silahlının həbsi zamanı polislər şübhəli paketi tapıblar. Daha əvvəl polisdən bildiriblər ki, etiraz aksiyası zamanı atışmada dörd nəfər iştirak edib.
Dallasda xüsusi əməliyyat davam edir.
***
9:43
ABŞ-ın Dallas şəhərində keçirilən nümayişlər zamanı dörd polis əməkdaşı öldürülüb.
"Report" "Euronews"a istinadən xəbər verir ki, azı 11 qanun keşikçisi də yaralanıb.
Şahidlərin sözlərinə görə, yüksəklikdə yerləşən iki snayper atəş açıb. Ümumilikdə təxminən 20 atəş açılıb.
Qeyd edək ki, son günlər ərzində ABŞ-ın böyük şəhərlərinin əksəriyyətində, o cümlədən Dallasda kütləvi nümayişlər keçirilib. Buna səbəb polis əməkdaşlarının afroamerikalıları öldürməsiylə bağlı səs-küylü 2 fakt olub. İndi insanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarının həddindən artıq qəddarlıq nümayiş etdirməsinə etiraz edir və günahkarların cəzalandırılmasını tələb edir.
-
Nəqliyyat20:23Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi - VİDEO
-
İdman20:00UEFA Konfrans Liqası: "Torpedo" - "Zirə" oyunu başladı - YENİLƏNİR
-
Sosial19:36Sabah Biləsuvarın bir hissəsi qazsız qalacaq
-
Sosial19:00Korrupsiya törədən 13 nəfər cinayət başında yaxalanılıb
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO











.jpg)


















