Dünya
İstanbul, Ankara və Sakaryada qan töküldü – 42 ölü (YENİLƏNDİ)
İstanbul və Sakaryada hərbi çevrilişə etiraz edən vətəndaşlara qarşı silahdan istifadə edilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Boğaziçi Körpüsü istiqamətinə hərəkət etmək istəyən bir qrup vətəndaşa atəş açılıb.
Hərbçilərin tanklarla nəzarətə götürdüyü Sakarya valiliyin qarşısında təxminən 2 min nəfər aksiya keçirib. Valilik binasının qarşısında dayanan əsgərlər xəbərdarlıq atəşindən sonra izdihama atəş açıblar. Məlumata görə, 7-8 nəfər ayaqları və bədənin digər hissələrindən yaralanıb. Yaralananlar xəstəxanalara aparılıb. İzdihamin binaya daxil olmaq cəhdi növbəti dəfə xəbərdarlıq atəşi ilə qarşılanıb.
Ankarada AKP-nin baş qərargahının qarşısına toplaşmağa başlayan insanların üzərinə vertolyotlardan atəş açılıb. Bir nəfərin öldüyü bildirilir.
***
Gölbaşı Baş prokurorluğu Ankaradakı hücumlarda 42 nəfərin öldüyünü, 100-dən çoxunun yaralandığını açıqlayıb.
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO
-
ABŞ08:24"Green card" almaq istəyənlərə pis xəbər - 100 min dollar təminat tələb ediləcək





































