Dünya
"El Çapo"nun həyat yoldaşı həbsxanadan çıxdıqdan sonra fenomen oldu - FOTOLAR
Dünyanın ən məşhur narkobaronlarından biri “El Çapo” ləqəbli Xoakin Quzmanın həyat yoldaşı Emma Koronel həbsxanadan çıxdıqdan sonra sosial media və modellik fəaliyyəti ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Bildirilib ki, narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulması ittihamları ilə məhkum edilən 36 yaşlı Koronel 2023-cü ildə, cəzasının bir hissəsini çəkdikdən sonra azadlığa buraxılıb. Hazırda onun “Instagram” hesabında təxminən 600 min izləyicisi var. Koronel sosial şəbəkələrdə əsasən modellik, idman və atçılıqla bağlı paylaşımlar edir.
O, həmçinin El Çaponun həyatını öz baxış bucağından bəhs edən yeni televiziya serialının hazırlıq mərhələsində olduğunu açıqlayıb. Bundan əlavə, həbsxana günlərindən bəhs edən xatirə kitabı üzərində çalışdığını bildirib.
Qeyd edək ki, Koronel El Çapo ilə 17 yaşında tanış olub və 18 yaşı tamam olanda, o zaman 50 yaşında olan Quzmanla evlənib. Cütlüyün əkiz qız övladları var.
Müəllif: Roza
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin106:16Röyadan fərqli fotolar
-
İdman03:13İngiltərədə ağlasığmaz qol vuruldu - VİDEO
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO

































